THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan MTX-nin keçmiş direktoru: "Hakimiyyətin dövlətçilikdən xəbəri yoxdur"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2630
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 sentyabr 2020 – Newtimes.az

"Ermənistanda indiki siyasi qüvvələr nə qədər ki, hakimiyyətdədir Qarabağdan az danışmağı təklif edirəm".

"Report" "Hraparak.am"a istinadən xəbər verir ki, bunu Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) keçmiş direktoru, müxalifətdə olan Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

"İndikilər nə qədər ki, hakimiyyətdədir, imkan daxilində Qarabağ, Aprel döyüşləri, Tavuşdakı hərbi fəaliyyət, ordu, Ermənistan Respublikasının ümumi təhlükəsizlik sistemi, bizim diasporun lobbiçilik imkanları və başqa bu kimi mövzulardan az danışmağı təklif edirəm”, – keçmiş direktor bildirib.

Onun sözlərinə görə, Ermənistandakı indiki hakimiyyətdə təmsil olunanlar, deputatlar təsadüfi adamlardır:

"Onların dövlətçilikdən xəbəri yoxdur. Ancaq onların bu kimi məsələlərlə bağlı söylədikləri ölkənin rəsmi mövqeyi kimi qəbul edilir".

Qeyd edək ki, Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...