THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə "Patriot"lara görə "S-400"lərdən imtina etməyəcək"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
63118
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 noyabr 2019 – Newtimes.az

Türkiyə "Patriot''lara görə Rusiyanın "S-400'' raket sistemlərindən tam şəkildə imtina edə bilməz.

"Report'' "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair ölkəsinə qayıdarkən jurnalistlərlə görüşü zamanı bildirib.

Vaşinqtonda Prezident Donald Trampla danışıqları zamanı "Patriot'' raket sistemlərini satın almağa hazır olduqlarını qeyd edən R.T.Ərdoğan bildirib ki, NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Amerika ilə sıx əlaqələrə malikdir: "Lakin müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. "S-400"lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, "Patriot''lardan da alarıq. Hərçənd, "Patriot''ları alarkən "S-400''ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın "S-300''ləri var, oraya dair heç belə səslər gəlmədi''.

"F-35'' qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə Prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı daha çox müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...