THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Robert Koçaryan: Konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
58786
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 noyabr 2019 – Newtimes.az

Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. AZƏRTAC xəbər verir ki, dəftərxanası vasitəsilə ''Sputnik Armenia'' agentliyinə müsahibə verən Koçaryan sürətlə dəyişən qlobal siyasi proseslər fonunda ermənilərin gələcəyi ilə bağlı bədbin proqnozlar verib.

Koçaryan qeyd edib ki, son aylar NATO-nun etirazlarına rəğmən Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlar aparması və Rusiya ilə birgə hərəkət etməsi, habelə Moskvanın keçirdiyi Afrika sammiti yeni çoxqütblü dünyanın formalaşdığını göstərir. Paşinyan hökumətinin terrorçu reputasiyası olan "Sasna tsrer'' təşkilatından dəstək almasını pisləyən keçmiş dövlət başçısı Rusiya ilə Qərbin arasında mövqesiz və qeyri-müəyyən siyasi reveransın da təhlükəli olduğuna işarə edib. Hökumət üzvlərini Vaşinqtondan qrant almaqda ittiham edən sabiq prezident vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını istəyənlər ermənilərin məhv olacağı təhlükəsini nəzərə almırlar. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türkdilli Ölkələrin Sammitində Zəngəzurun Azərbaycan torpaqları olması barədə sözləri də təsadüfən söylənilməyib. "Bu, türk xalqlarının məskunlaşdığı ərazilərin davalı olmasına doğru atılmış bir addımdır'', – deyə Koçaryan əlavə edib. O, həmçinin qeyd edib ki, son illər daha da güclənən Türkiyə-Azərbaycan münasibətləri Ermənistanın və Dağlıq Qarabağda qondarma rejimin gələcəyi üçün təhlükədir.

Sabiq prezident Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibəni də rüsvayçı adlandırıb. Əlavə edib ki, Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyi getdikcə zəifləyir. ''Paşinyanın ''Qarabağ Ermənistandır və nöqtə!'' bəyanatı bizi danışıqlarda yenidən dövlətlərin ərazi bütövlüyü prinsipinə qaytarıb. Bu, çox səhv addım idi... Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, nizamlanma prosesində aydın ifadə edilən mövqe olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Həmsədrlərin bəyanatlarında da bunu görmək mümkündür'', – deyə Koçaryan vurğulayıb. O əlavə edib ki, bütün bunlar Azərbaycana danışıqların mənasız olması iddiası irəli sürərək hərbi əməliyyatlar vasitəsilə ərazi bütövlüyünü bərpa etmək hüququ verir.

Koçaryan Qarabağ erməniləri ilə Ermənistan elitası arasında münasibətlərin gərgin olduğunu da diqqətə çatdırıb. O iddia edib ki, Ermənistanda büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin də 20 faiz azaldılması hökumətin əlacsız olmasının göstəricisidir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...