
Bakı, 4 oktyabr 2019 – Newtimes.az
"Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsidir".
"Report" "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici sərmayə cəlb edilmədiyi üçün səfirliklərini tənqid edib.
"Ölkə iqtisadiyyatına vəd edilən sərmayə bumunun həcminin reallıqda azalması hakimiyyətin başlıca ağrılı yerlərindəndir. Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyində keçirdiyi qapalı toplantıda xarici ölkələrdəki səfirlərini, nazirliyin məsul şəxslərini tənqid edib", – deyə qəzet vurğulayıb.
O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: "Bu nəhəngləri Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız".
Nikol Paşinyan səfirlərə cari ilin sonunadək bu istiqamətdə konkret fəaliyyətlə bağlı tapşırıq verib.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...