THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü ilə bağlı tədbirdə: "Türkiyə həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2102
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 oktyabr 2018 – Newtimes.az

"Hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir".

Newtimes.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.

O, Türkiyə xalqını Azərbaycan hökuməti adından 29 oktyabr – Respublika günü münasibətilə təbrik edib: "Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır".

Novruz Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlət Türkiyə olub: "Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının yanında olub. Bu da dostluğumuzu, qardaşlığımızı nümayiş etdirir".

Baş nazir vurğulayıb ki, bu gün Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: ''Münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Əminəm ki, Azərbaycanla Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...