
Bakı, 26 sentyabr 2018 – Newtimes.az
Birləşmiş Ştatlar İrana Hörmüz boğazını bağlamaq imkanı verməyəcək və hesab edir ki, Tehran bu su sahəsinə eksklüziv hüquqa iddia edə bilməz.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ-ın dövlət katibi Maykl Pompeo "Nüvə İranına qarşı cəmiyyət" Qeyri-Hökumət Təşkilatının konfransında çıxışı zamanı deyib.
"Bu gün İran gəmiləri beynəlxalq sularda beynəlxalq hüquq normalarını pozan əsaslarla [digər ölkələrin gəmilərini] sıxışdırırlar. Əgər İran rejimi hesab edirsə ki, Hörmüz boğazı büsbütün onlara məxsusdur, o zaman onlar son riallarını ABŞ-ın heç zaman buna yol verməyəcəyinə qoya bilərlər", – deyə o bildirib.
Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.
Davamı...