
Bakı, 6 sentyabr 2018 – Newtimes.az
"Ermənistanın xarici siyasət kursunda dəyişiklik olmasa da, Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq mövcuddur".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Noyev Kovçeq" qəzetinə müsahibəsində bildirib.
"Ermənistanın xarici siyasət kursunun dəyişməsi ilə bağlı bir dənə də olsun real arqument yoxdur. Xarici siyasət kursu həmişəki kimidir. Rusiya ilə çox yaxşı münasibətimiz var. Etimadsızlıq məsələsi isə zamanla həll ediləcək", – o vurğulayıb.
A.Qriqoryan Ermənistanla Rusiya arasında münasibətlərin strateji xarakter daşıdığını da qeyd edib.
Xatırladaq ki, sentyabrın 5-də Ermənistan KİV-i Armen Qriqoryanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat yaymışdı.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...