THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sergey Lavrov: "ABŞ-ın siyasəti ÜTT-nin gələcəyi üçün təhlükə yaradır"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3823
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 sentyabr 2018 – Newtimes.az

"ABŞ-ın hər kəsi və hər şeyi təftişə məruz qoymaq cəhdləri Dünya Ticarət Təşkilatının (ÜTT) gələcəyi üçün təhlükə törədir".

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"ABŞ-ın başçılıq etdiyi məhdud bir qrup ölkələr var ki, dialoq istəmir və diplomatiya əvəzinə ultimatum, hədə-qorxu, bir sözlə, təzyiq göstərməyə üstünlük verir. Biz bunu hər gün görürük. İranın nüvə proqramına dair müştərək əhatəli tədbirlər planından, Paris İqlim Sazişindən, Şimali Amerika Azad Ticarət Zonasına dair sazişdən tutmuş hər şeyi təftiş etməyə çalışırlar, amma hələlik sonadək bacarmayıblar. Artıq ABŞ-ın açıq-aşkar surətdə ədalətsiz, köhnəlmiş və s. dedikləri ÜTT-nin gələcəyi ilə bağlı təhlükəni tam ciddiyyətlə qarşımıza çıxarır", – XİN başçısı deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun hazırda istifadə etdiyi üsullara "total hökmranlığa yönələn cəhdlər"dən başqa ad vermək olmur.

"Bir az o yan-bu yan olan kimi, diplomatiya dərhal qırağa qoyulur, sanksiyalara əl atılır, özü də Amerikanın qanunları bütün dünyaya şamil edilir. Birtərəfli qanunsuz təzyiq üsullarının sərhədləri aşması inkişafda olan ölkələrdən tutmuş, elə ABŞ-ın bilavasitə Qərb müttəfiqlərinə qədər bir çox dünya ölkələri üçün böyük bir problemə çevrilir", – S.Lavrov vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...