THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Metyu Brayza: "ABŞ Türkiyəni itirə bilməz"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4526
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 avqust 2018 – Newtimes.az

"ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza "Washington Post" qəzetində dərc olunan məqaləsində bildirib.

"Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib", – o, ABŞ-ın Türkiyədən idxal olunan polad və alüminiuma görə gömrük rüsumlarının artırılması məsələsini şərh edərkən bildirib.

M.Brayzanın fikrincə, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina edəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib.

Eyni zamanda, M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O, bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazaları arasında xüsusi rol oynadığını vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...