THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Poroşenko: Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
400
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 may 2018 – Newtimes.az

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bütün müqavilələrə yenidən baxır və milli maraqlarına zidd bütün müqavilələrdən çıxacaq.

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, bunu bu gün Kiyevdə SSRİ dövründə siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Ukrayna prezidenti Petr Poroşenko bildirib.

P.Poroşenko deyib ki, Ukrayna əminliklə Rusiyanın təsir sferasından çıxır: "Ukrayna həmişə, hələ 1991-ci ildən MDB-yə üzvlüyə imperiyadan sivil qaydada "boşanma" vasitəsi kimi baxıb. Ancaq Rusiyanın günahından bunun sivil qaydada həyata keçməsi alınmayıb. Moskva MDB-ni Kremldən idarə edilən imperiyaya çevirməyə çalışıb. Buna görə də Ukrayna MDB-nin Nizamnaməsini ratifikasiya etməyib və MDB-nin tam hüquqlu üzvü olmağa hazırlaşmayıb. Biz Ukraynanın heç vaxt daxil olmadığı yerdən çıxa bilmərik. Ancaq biz MDB-nin koordinasiya orqanlarında iştirakımızı dayandırırıq".

Qeyd edək ki, P.Poroşenko dünən Ukraynanın MDB orqanlarındakı nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...