
Bakı, 15 may 2018 – Newtimes.az
Yeni silahlar Rusiyanın imkanlarını dəfələrlə artırır, dünyada strateji balansın saxlanılmasını onillik müddətə təmin edir.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbi müşavirədə bildirib.
"Cari ildə ilk dəfə dünyada analoqu olmayan sistemlər və perspektivli silah nümunələrimiz nümayiş etdirildi. Onlar Rusiyanın təhlükəsizliyinin təmin edilməsi imkanlarını dəfələrlə artırır, dünyada strateji balansın onillik müddətə qorunub saxlanılmasını təmin edir", – deyə Putin qeyd edib.
"Biz onların müxtəlif hazırlıq səviyyəsində olduğunu bilirik, bu məsələləri diqqət mərkəzində saxlamaqda davam edəcəyik", – deyə Rusiya prezidenti bildirib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...