
Bakı, 12 aprel 2018 – Newtimes.az
"Suriyaya istənilən müdaxilə, sadəcə olaraq, bölgədəki qeyri-sabitliyin artmasına yarayar".
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Suriyadakı rejimin başçısı Bəşər Əsəd İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti ilə birlikdə keçirdiyi mətbuat konfransında ABŞ, Britaniya və Fransanın ehtimal olunan hücumunu şərh edərkən bildirib.
"Qazandığımız hər qələbə ilə birlikdə bəzi Qərb dövlətlərinin də səsi yüksəlməyə başlayır. Onların hadisələrin gedişini dəyişmək istiqamətində fəaliyyəti artır. Bu səslər və ya istənilən müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid edəcək. Bölgədə sabitliyin pozulmasından artıq bir işə yaramayacaq", – B.Əsəd vurğulayıb.
Ə.Vilayəti isə Şərqi Qutada kimyəvi silahdan istifadə ilə bağlı bunları deyib: "Suriyadakı hakimiyyət (Bəşər Əsəd rejimini nəzərdə tutur – "Report") qüvvələrinin Şərqi Qutanı qurtardıqdan sonra uydurulan yalanlardır".
Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Quta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.
ABŞ başda olmaqla, Qərb dövlətləri bu cinayəti Bəşər Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...