THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Pompeo: "Rusiya ilə münasibətlərdə yumşaq siyasət dövrü bitib"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
367
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 aprel 2018 – Newtimes.az

ABŞ Şimali Koreya ilə qarşıdan gələn danışıqlarda siyasi oyunlar oynamayacaq və qətiyyətlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə köklənib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ dövlət katibi postuna namizəd Mayk Pompeo bəyan edib.

"Prezident Trampın Şimali Koreya lideri ilə görüşü ərəfəsində xeyli işlər görülməlidir. Dövlət başçısı KXDR-in nüvə arsenalının ABŞ-a təhlükə kəsb etməsinə imkan verməmək niyyətindədir. Prezident Tramp Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq, o cümlədən mən də. Keçmişdə Pxenyanla aparılan danışıqlara dair MKİ-nin sənədlərini oxumuşam və əminəm ki, biz keçmişin səhvlərini təkrarlamayacağıq", deyə M.Pompeo vurğulayıb.

Dövlət katibi vəzifəsinə namizəd bəyan edib ki, Rusiya ilə münasibətlərdə yumşaq siyasət dövrü artıq bitib: "Rusiya ABŞ-ın çoxillik yumşaq siyasəti sayəsində aqressiv davranmağa davam edir. İndi bu siyasət bitib. Prezident Trampın milli təhlükəsizlik strategiyası çox haqlı olaraq Rusiyanı bizim ölkəmiz üçün təhlükə kimi müəyyənləşdirib. Vaşinqton Ukrayna və Gürcüstanda Rusiya ekspansiyasına qarşı mübarizə aparan mərd, gənc kişi və qadınları silahlandırır".

M.Pompeo bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılmasını tələb edəcək.

Qeyd edək ki, bu gün ABŞ Senatında M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...