THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ayətullah Xameneyi: "Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
61
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2017 – Newtimes.az

"Qarşı tərəf bu planı pozmasa, biz də pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz o planı tikə-tikə doğrayacağıq''.

APA-nın məlumatına görə, bu sözləri İranın ali lideri, ayətullah Əli Xamenei Tehranda yüksək elmi intellektə və istedada malik gənclərlə görüşü zamanı çıxışında ölkəsinin nüvə proqramına dair imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının ABŞ tərəfindən pozulması ehtimalı ilə əlaqədar deyib.

Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Fəaliyyət Planının icrasının zəruriliyini vurğulayıblar və ABŞ prezidentinin sözlərini pisləyiblər: "Biz bunu alqışlayırıq, amma yalnız "planı cırmasın'' demələri kifayət etmir. Birincisi, Avropa onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi, bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir. Gəlib deməsinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya deməsinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?..''

Ə.Xamenei qeyd edib ki, Qərbin düşmən mövqeyinə baxmayaraq, İran güclü inkişaf edə bilib: "Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtımızı ABŞ prezidentinin boşboğazlığına və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbiləşməsin? Əsəbiləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. Onlar İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu, bizi onların hiyləsindən yayındırmasın''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...