Prezident İlham Əliyev bu gün Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətində Qarabağda biabırçı məğlubiyyətə uğrayan Ermənistanın hakimiyyətinin, onun rəhbərinin son günlər müxalifəti əzməsi, bütün müxalifət liderlərini həbs etməsi barədə danışıb. Beynəlxalq təşkilatların isə buna göz yumduğunu xatırladıb.
"Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları".
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...