THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Deutsche Welle": "Almaniya xüsusi xidmət orqanları internetə nəzarəti gücləndirmək niyyətindədir"


"Deutsche Welle”nin məlumatına görə, ABŞ-ın ardınca Almaniya xüsusi xidmət orqanları da internetə nəzarəti gücləndirmək niyyətindədir. Federal kəşfiyyat xidməti interneti izləmək üçün xüsusi proqramlardan istifadə edəcək. Almaniya hökuməti bunu terror hücumlarından qorunma kimi izah edib. Berlində şəxsi məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndə Aleksandr Diks yeni layihənin antiterror mübarizəsi donu geyindirilməklə, digər məqsədlər üçün istifadə edildiyini iddia edir. Diksin sözlərinə görə terrorla mübarizə məsələsi bu gün siyasi qərarlara bəraət qazandırmaq üçün arqumentə çevrilib. Almaniya KİV-də kəşfiyyat xidmətinin yaxın 5 ildə internet izləmələrinə 100 milyon avro xərcləyəcəyi ilə bağlı məlumat yayılıb. Federal kəşfiyyat xidməti isə məsələ ilə əlaqədar  açıqlama verməkdən boyun qaçırıb.

Alman informatika mütəxəssisləri klubunun nümayəndəsi Konstanse Kurz hesab edir ki, hər bir alman vətəndaşı internetdə federal kəşfiyyat xidməti tərəfindən izləndiyini bilməlidir. ABŞ-dakı internet izləmələri ilə bağlı qalmaqaldan sonra Almaniyada bir çox vətəndaşlar virtual aləmdə şəxsi məlumatların qorunmasına şübhə ilə yanaşır.



ŞƏRHLƏR (0)

ŞƏRH YAZ

Sizin e-mail ünvanınız saytda göstərilməyəcək. Doldurulması vacib yerlər işarələnib.*