THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Pərvin Darabadi

Rəngli inqilabların "korlanmış bəhrələri"

2014-07-23 18:58:13

Son on il ərzində Yaxın Şərq və keçmiş sovet ölkələrində tüğyan edən və təşkilatçılarının və iştirakçılarının güc yolu ilə ölkələrində demokratiyaya və sosial ədalətə nail olmağa ümid etdikləri "rəngli inqilab" adlandırdığımız hadisələr sonda gözlənilən nəticələrin tamamilə əksi ilə yekunlaşdı. Demokratiya ilə bərabər müxtəlif və rəngarəng ekstremist qüvvələrin və korrupsiyameylli klanların hakimiyyəti, sosial islahatlarla bərabər əməkqabiliyyətli kütlənin yoxsullaşması, əhalinin əhəmiyyətli hissəsinin işsizlik və...

BRİKS – XXI əsrin əvvəllərinin yeni geosiyasi və geoiqtisadi reallığı

2014-07-16 10:53:47

Dünya siyasətinin "narazı" böyük dövlətlərinin müasir əlaqələr sistemində öz layiqli yerini tapmaq uğrunda apardığı qızğın axtarışlar ümumi və ya yaxın sosial-iqtisadi problemlərə və ortaq gələcək dinamik inkişaf məqsədlərinə malik yeni dövlətlərarası birliklərin (AİB, Şanxay Əməkdaşlıq Təşkilatı və s.) yaradılmasını labüd etmişdir. Bunlardan ən irimiqyaslısı və nüfuzlusu üç qitədə yerləşən və yaxın gələcəkdə "Böyük yeddiliyə" rəqib çevrilmək iqtidarında olan BRİKS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika...

Ukraynanın geosiyasi reallıqları: Qərblə Rusiya arasında

2014-04-22 11:22:39

Son aylar ərzində Ukraynada baş verən dramatik hadisələr Birinci və İkinci Dünya müharibələrində olduğu kimi yenə də bu böyük Şərqi Avropa ölkəsinin geosiyasi rolunu aktuallaşdırdı. Zbiqnev Bjezinskinin fikrincə, Azərbaycan Cənubi Qafqazın, Özbəkistan Mərkəzi Asiyanın, Ukrayna isə Avrasiyanın mühüm geosiyasi nöqtəsidir. Rusiyanın hərbi-siyasi dairələrində düşünürlər ki, "suveren Ukrayna" anlayışının mövcudluğu faktı özlüyündə geosiyası mərhələdə Rusiyaya qarşı geosiyasi müharibənin elan edilməsi...

Müasir geosiyasətin "Ukrayna detonatoru"

2014-04-10 10:27:47

Müasir dünya geosiyasi, geoiqtisadi, sivilizasiyalararası və digər proseslər zəminində baş verən müxtəlif və bir-birinə zidd hadisələrlə xarakterizə olunur. Ukraynada baş verən dramatik hadisələr bu və ya digər mərhələdə nəinki bütün keçmiş sovet məkanında əks oluna, hətta əsrin son rübündə Avropa qitəsində baş vermiş geosiyasi konfiqurasiyanı da poza və dağıda bilər. XX əsrin son və XXI əsrin ilk onilliklərində dünyanın geosiyasi xəritəsini əsaslı surətdə dəyişən, dünyanın strateji tarazlığının paylanmasına böyük təsir...

"ХХI əsrin sosialist alternativinə" doğru "sol marşı"

2013-10-23 12:54:13

Məlum olduğu kimi, sosializm XX əsrdə uzun müddət kapitalizmin alternativi olmuşdur. Sosializm ideyaları bir sıra Avropa ölkələrində həm sağ (20-40-cı illərdə İtaliyada faşistlər, Almaniyada nasistlər), həm də mərkəzçi və sol partiyalar (xüsusən də İngiltərədə leyboristlər və Fransa, İtaliya, bir sıra Skandinaviya ölkələrində radikallar və kommunistlər) tərəfindən geniş şəkildə istismar edilirdi. Sosialist dövlətin nümunəsi kimi isə 70 il ərzində Sovet İttifaqı tanınmalı idi. Lakin XX əsr və dünya sosializm sisteminin süqutu ilə...

Ümumdünya tarixində və müasir geosiyasətdə asimmetrik müharibələr

2013-07-12 12:00:24

ХХ əsrin sonu – ХХI əsrin əvvəlləri "soyuq müharibə"nin başa çatması nəticəsində dünyanın geosiyasi strukturunda tektonik dəyişikliklərin baş verməsi ilə əlamətdar olmuşdur. "Soyuq müharibə" dövrünün nisbətən dəqiq ikiqütblü mənzərəsi tədricən öz yerini formalaşmaqda olan çoxqütblü, çoxsivilizasiyalı dünyada daha mürəkkəb qarşılıqlı münasibətlərə, xüsusən də xristian və İslam dünyaları arasında qarşılıqlı münasibətlərə verməyə başladı. Bütün bunlar beynəlxalq səhnədə...

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası 1918-1920-ci il hökumət bəyannamələrində

2013-05-16 11:11:50

Antantanın "Üçlər ittifaqı" üzərində qələbəsi ilə nəticələnən 1914-1918-ci il Birinci dünya müharibəsinin doğurduğu nəhəng geosiyasi proseslər beynəlxalq münasibətlərin Versal-Vaşinqton sisteminə əsaslanan yeni dünya nizamına keçidlə əlamətdar olmuşdur. Dünyanın siyasi xəritəsində çökmüş Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarının dağıntıları üzərində qismən öz müstəqilliyini bərpa etmiş...

"Çoxqütblü dünya" geosistemi şəraitində beynəlxalq terrorizm

2013-04-18 12:54:06

Məlum olduğu kimi, XXI əsrin əvvəllərinə yaxın Qərb demokratiyası ilə Şərq kommunizmi kimi iki barışmaz ideologiyanın 70 il davam edən qarşıdurmasından yaxa qurtaran dünya birliyi bunlardan heç də az təhlükəli olmayan digər bir hadisə ilə – "soyuq müharibə"nin övladı olan, caynaqları ilə praktiki olaraq bütün dünyanı əhatə edən və son onilliklərdə beynəlxalq təhlükəsizlik sistemini təhdid edən beynəlxalq terrorizm ilə...

Müasir şəraitdə geosiyasi proseslərin hərbi-dəniz komponenti

2013-04-11 11:59:50

Məlum olduğu kimi, Xəzər regionunun aktual problemlərindən biri Xəzərin akvatoriyasının delimitasiyası problemi ilə yanaşı, həm də onun demilitarizasiyasıdır. Bütün Xəzəryanı ölkələrin hərbi-dəniz siyasəti həm dəniz sahilləri və daxili dəniz sularında, həm də açıq dənizdə öz milli maraqlarının təmin edilməsinə yönəlsə də, onlardan bəzilərinin arasında Xəzərin bölgüsü ilə bağlı kəskin fikir ayrılığının olması region ölkələrini silahlanmağa və ...

İkinci "soyuq müharibə": geosiyasi reallıqlar və gizli təhdidlər

2013-04-08 12:18:28

Qərbin Birinci Dünya müharibəsində qeyd-şərtsiz qələbəsindən və SSRİ-nin və Varşava paktının süqutundan sonra yaranmış nisbi sakitlikdən sonra 2000-ci ildən başlayaraq dünyanın geosiyasi mənzərəsində əsaslı dəyişikliklər baş verib. ABŞ və onun müttəfiqlərinin İraq və Əfqanıstanda hərbi iştirakı, habelə Şərqi Avropa ölkələrində ən yeni raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi günümüzün reallıqlarıdır. 1990-cı illərdə Qərb tərəfindən Balkan və...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...