THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Pərvin Darabadi

Müasir beynəlxalq siyasətdə "sanksiyalar": qarşılıqlı nokdaun?

2014-11-28 12:00:14

Məlum olduğu kimi, müəyyən ölkələrə qarşı tətbiq olunan "sanksiyalar" beynəlxalq məsuliyyət hüquq münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edən dövlətlə (onun hansısa hissəsi ilə və ya müəyyən şəxslərlə) bağlı görülən icbari tədbirlərdir. Bununla belə, iqtisadi sanksiyalar sözdə qınaqdan daha sərt olan, lakin hərbi güc tətbiqindən daha yumşaq olan aralıq tədbirləridir. Onların tətbiqi barədə qərar həm ayrı-ayrı dövlətlər, həm də iri beynəlxalq strukturlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və s. tərəfindən qəbul edilir.

Birinci və İkinci dünya müharibələri arasında Qafqazda məxfi əməliyyatlar

2014-11-07 10:24:17

ХХ əsrin ikinci rübü geosiyasi və geoiqtisadi baxımdan dünyanın ən mühüm regionlarından biri olan Qafqazın ətrafında geostrateji rəqabətin kəskinləşməsi ilə səciyyələnir. Bu, dünyanın bu bölgəsində əvvəlki iki yüzillikdə cərəyan edən geotarixi prosesin məntiqi davamı olmuşdur. Təsadüfi deyildir ki, alman geosiyasətinin klassiki Karl Haushofer Qafqazı tarixdə məşhur münaqişə zonaları olmuş Bosfor, Cəbəllütariq, Süveyş kanalı və XX əsrin bir sıra digər münaqişəli zonaları ilə yanaşı "qitələrin sərhədlərində döyüş zonası" sıralarına daxil etmişdir.

Dünyanın böyük dövlətlərinin hərbi potensialının artım dinamikası: odla oyun

2014-10-30 16:32:40

Məlum olduğu kimi, dünya miqyaslı hər bir silahlı münaqişədən əvvəl potensial düşmən üzərində həlledici hərbi-siyasi üstünlüyə malik olmaq məqsədilə aparıcı dövlətlər eyni vaxtda öz hərbi xərclərini artırmağa başlayırlar. Bu, dünya səhnəsində rəqabət aparan dövlətlərin Birinci və İkinci dünya müharibələri ərəfəsində hərbi potensialının artmasında özünü tam büruzə vermişdir. Hər iki müharibədən öncə qarşı-qarşıya duran hərbi-siyasi bloklarda birləşmiş böyük geosiyasi oyunçuların hərbi xərcləri sürətlə artmışdır.

Humanitar elmlərin böhranı: sonra nə olacaq?

2014-10-28 14:16:47

Məlum olduğu kimi, elmin ən mühüm sahələrindən biri olan humanitar elmlərin böhranı şəraitində elmi birlik elmi tədqiqatların paradiqmalarının konseptual və metodoloji əsaslarını şübhə altına qoyur. Bu zaman elmi məlumatların qavranılması stereotipləri, qiymətləndirmə standartları, mövcud metodoloji əsaslar dağılır, elmi rasionallıqla obyektivlik arasında sərhədlər yox olur. Bu böhranın səbəbi psevdo-elmi konseptual-metodoloji sxemlərə marağın artmasıdır.

"Sivilizasiyaların toqquşması" və ya Samuel Hantinqtonun neoatlantizmi

2014-09-19 10:53:36

Məlum olduğu kimi, "sivilizasiyaların toqquşması" nəzəriyyəsi ABŞ-ın Harvard Universitetinin alimi Samuel Hantinqton tərəfindən işlənmiş və ilk dəfə 1993-cü ilin yayında onun "The Clash of Civilizations?" adlı məqaləsində Amerikanın nüfuzlu jurnalı olan "Foreign Affairs"-də dərc edilmişdir. Sonralar həmin məqalə kitab şəklində çıxmışdır. Hantinqtonun fikirlərinə görə, müasir dünyanın simasını Qərb, konfutsiançılıq, yapon, islam, induizm, slavyan-pravoslav, Latın Amerikası sivilizasiyaları və bir də, ola bilsin ki, Afrika sivilizasiyası şərtləndirir. Yaşadığımız XXI əsrdə sivilizasiyaların toqquşması dünya siyasətinin aparıcı amili olacaqdır...

Geosiyasət və İkinci Dünya müharibəsi

2014-09-17 11:10:25

Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin nəticələrindən biri Almaniyanın qədim romalıların Vae victis ("şərtləri həmişə qalib müəyyən edir") prinsipi üzrə alçalması, onun geniş məkanları itirməsi və qarətedici reparasiyalar olmuşdur ki, bu da sonralar müharibənin qalibi olan Böyük Britaniya, Fransa və ABŞ kimi böyük dövlətlərin qurduqları Versal-Vaşinqton sisteminin təftiş edilməsi və Avropa və Asiyanın "geosiyasi baxımdan əsaslandırılmamış" sərhədlərinin Almaniya və onun müttəfiqləri olan İtaliya və Yaponiyanın xeyrinə yenidən qurulması zərurətini meydana çıxarmışdır.

Arktikanın geosiyasəti: gələcəyə hesablanan oyun

2014-08-25 10:52:26

XXI əsrin əvvəllərinə yaxın böyük dövlətlərin quru qitələrdə prioritetləri müəyyən olunduqdan sonra Arktikyanı ölkələrin bu buzlaqlar qitəsinə artmaqda olan marağı məsələsi aktuallaşdı. Bu, təkcə Arktikanın planetin bütövlükdə şimal yarımkürəsini nəzarət altında saxlamağa imkan verən geostrateji mövqeyi ilə deyil, həm də onun nəhəng karbohidrogen və bioloji ehtiyatları ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, dünyadakı neft ehtiyatlarının 13 faizi Şimal Buzlu okeanı, Zapolyarye bölgələrindədir. Bu baxımdan...

Nüvə müharibəsi ehtimalı: lehinə və əleyhinə

2014-08-13 12:14:53

Artıq 60 ildən çoxdur ki, böyük dövlətlərin nüvə qarşıdurması təhlükəsi "Domokl qılıncı" kimi bəşəriyyətin başı üzərində asılmışdır. "Soyuq müharibə" dövründə ABŞ-la SSRİ arasında nüvə müharibəsi başlasaydı, dünya 13 dəqiqə ərzində yox edilə bilərdi. Buna görə də "soyuq müharibə" dövründə Birləşmiş Ştatlar nüvə başlıqlı raketlərini müvafiq əmrdən sonra 3-4 dəqiqə ərzində buraxmağa hazır vəziyyətdə saxlayırdı. SSRİ-də də eyni mənzərə müşahidə olunurdu. Yalnız nüvə pariteti və bir-birinə qarşı...

"Aclıq geosiyasəti" və müasir dünya

2014-08-07 11:10:31

XXI əsrin əvvəllərinə dünya birliyi həll olunmamış ciddi problemlərlə gəlib çıxdı. Onların arasında partlayışa gətirib çıxara bilən və bəşəriyyətin yaşayıb sağ qalmasına təhdid yaradan problemlər daha çox özünü büruzə verir. Bunlar ilk öncə ekoloji, demoqrafik və onlarla sıx bağlı olan ərzaq problemləridir. Kütləvi aclıq, doyunca yeməmək bu və ya digər şəkildə Afrika, Asiya və Latın Amerikasının bütün inkişaf etməkdə olan ölkələrinə toxunmuşdur. Sosial hadisə kimi aclıq bəşəriyyəti tarix boyu müşayiət etmiş, ХХI əsrdə də öz aktuallığını itirməmişdir...

Tanınmamış dövlətlərin tanınması problemi: dalana aparan yol

2014-08-05 10:34:41

XX əsrin son onilliklərində çoxlu sayda özünü idarə edən və dövlət statusu iddiasından olan, lakin bu keyfiyyətdə dünya birliyi tərəfindən tanınmayan ərazilərin meydana gəlməsi nəticəsində dünyada mövcud olan dövlətlər sistemi bütövlükdə eroziyaya məruz qaldı. Potensial olaraq təhlükə kəsb edən pat vəziyyəti yarandı. Konfliktoloq-mütəxəssislərin hesablamalarına görə, hazırda mövcud olan iki yüzdən artıq dövlətin fraqmentləşməsi prosesinin qarşısı alınmasa, ХХI əsrin ortalarına...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...