THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Pərvin Darabadi

Vestfal sistemi və yeni dünya nizamının formalaşması

2015-02-27 10:11:37

Cari yüzillikdə dünya birliyinin siyasi, iqtisadi, mənəvi, hərbi təhlükəsizlik sahələrində baş verən dəyişikliklərin qloballığı və radikallığı beynəlxalq münasibətlərin ötən əsr ərzində, bir çox mənada isə 30 illik müharibə (1618-1648-ci illər) nəticəsində XVII əsrin ortalarında formalaşan klassik Vestfal sistemindən fərqlənən yeni sisteminin formalaşmasından xəbər verir.

XX-ХХI əsrlərin astanasında Asiya-Sakit okean regionu beynəlxalq geosiyasi münasibətlərdə

2015-02-24 10:33:06

Bütövlükdə Asiya-Sakit okean regionundakı vəziyyətin təhlili göstərir ki, Yaxın və Orta Şərqdə təhlükəsizlik problemlərinin aktuallığına baxmayaraq, uzunmüddətli perspektivdə məhz Asiya-Sakit okean regionu potensial olaraq beynəlxalq təhlükəsizliyi daha geniş miqyasda təhdid edir. Burada "yeni" təhdidlərlə dünyanın aparıcı fövqəldövlətləri sırasına çıxan dövlətlər arasında "köhnə" rəqabət bir araya gəlir. Regionda elə indidən qüvvələrin yenidən qruplaşması gözə çarpır ki, bunun da perspektivləri tam aydın deyil. Nəhəng Asiya-Sakit okean regionu özünün geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması nəticəsində XXI əsrin əvvəllərinə yaxın dünyanın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilə bilmişdir.

Ekoloji terrorçuluq XXI əsrdə yeni qlobal təhlükə kimi

2015-01-29 13:50:08

Məlum olduğu kimi, ABŞ-a qarşı 2001-ci ilin payızında həyata keçirilən terror aktları, bunun ardınca bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniya, İspaniya, Fransa və b. ölkələrdə baş vermiş terror aktları bəşəriyyətin sağ qalması problemini aktuallaşdırmaqla dünya birliyi qarşısında terrorun növlərinin, xüsusən də beynəlxalq təhlükəsizliyi təhdid edən ekoloji terrorçuluğun dərki vəzifəsini qoydu.

"Charlie Hebdo"-ya hücum: görünən və görünməyən nəticələr

2015-01-19 13:36:54

2015-ci ilin yanvar ayının 7-də Parisin "Charlie Hebdo" həftəlik qəzetinin redaksiyasına avtomat və qumbaraatanla silahlanmış bir neçə nəfər soxularaq atəş açmışdır. 12 nəfər həlak olmuş, daha 11 nəfər isə odlu silah yarası almışdır. Şahidlərin sözlərinə görə, hücum edənlər islamçı şüarlar səsləndirib Məhəmməd Peyğəmbərin təhqir edilməsinə görə qisas alacaqlarını bildirirdilər. Bu hadisə bütövlükdə xristian Qərbini ayağa qaldırdı. Fransada və Qərbin bəzi digər ölkələrində keçirilmiş yürüşlər və kütləvi etiraz aksiyaları bunun əyani sübutu oldu.

Geosiyasət və Birinci Dünya müharibəsi: nəzəriyyədən praktikaya

2014-12-25 11:09:41

Məlum olduğu kimi, bəşəriyyət XX əsrə misli görünməyən sosial-iqtisadi və hərbi-texniki inkişaf dalğalarında, əvvəlki yüzilliklərdə yığılıb toplanmış kəskin və aparıcı dövlətlər arasındakı həll olunmaz geosiyasi ziddiyyətlərlə daxil olmuşdur. Bütün bunlar aparıcı dövlətlər arasında ziddiyyətlərin həlli dinamikasını və xarakterini əsaslı şəkildə dəyişmiş inqilabi sarsıntılara və 1914-1918-ci illərin dünya müharibəsinə gətirib çıxarmaya bilməzdi. Dünyanın yenidən bölgüsü və liderlik uğrunda mübarizə əvvəllər heç vaxt birdən-birə bir neçə qitəni əhatə etməmiş, dünyanın əksər ölkələrinin maraqlarına bu dərəcədə toxunmamış, bu cür nəhəng silahlardan istifadə etməklə aparılmamış və bu dərəcədə faciəli nəticələrə gətirib çıxarmamışdır.

Karl Şmitt və onun geosiyasi "partizan" nəzəriyyəsi

2014-12-18 15:06:44

Karl Şmittin "partizan" nəzəriyyəsi öz aktuallığını bu gün də saxlamaqdadır. Özünün "Partizan nəzəriyyəsi"ndə Şmitt yazırdı: "1914-cu ildə Avropa xalqları və hökumətləri heç bir düşmənçilik olmadan ayaq üstə möhkəm dayanmadan başgicəllənmə ilə Birinci dünya müharibəsinə qoşuldular. Əsl düşmənçilik Avropa beynəlxalq hüquq dövlətlərinin ənənəvi müharibəsi ilə başlayan və inqilabi sinfi düşmənçilik və vətəndaş müharibəsi ilə başa çatan müharibənin özündən yarandı. Düşmənçiliyin qəfil olaraq yaranan və yeni partizançılığın gözlənilməyən yeni təzahür formalarını doğuracaq digər növlərinin qarşısını kim alacaqdır?" İndi Böyük Yaxın Şərqi bürümüş "idarə olunan", bəlkə də "yaxşı idarə olunmayan" xaos alman geosiyasətçisinin uzaqgörənliyinin əyani sübutudur.

Müasir şəraitdə enerji təhlükəsizliyinin hərbi-strateji aspektləri

2014-12-17 12:52:03

Müasir şəraitdə dövlətlərarası və ya bloklararası iri münaqişələrdən hər biri neft və qaz kimi təbii ehtiyatların üzərində real nəzarət uğrunda rəqabətə səbəb ola bilir. Enerji təhlükəsizliyi milli və beynəlxalq təhlükəsizlyin o dərəcədə əhəmiyyətli elementinə çevrilmişdir ki, tükənən enerji mənbələrinə çıxış problemi bir çox ekspertlər tərəfindən gələcəkdə baş verə biləcək münaqişələrin əsas səbəbi kimi nəzərdən keçirilir. Ərazi mübahisələrinin, ideoloji rəqabətin, etnik dözümsüzlüyün və hətta nüvə silahının yayılmasının nəzəri baxımdan hərbi güc tətbiq etmədən də nizama salına bilindiyi dünyada məhz enerji daşıyıcılarının tədarükü ilə bağlı yaranan böhran müharibəyə gətirə bilən səbəb olaraq qalmaqdadır. Belə bir müharibənin başlaması isə həm ayrı-ayrı ölkələr, həm də konkret bir region üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

"Qafqaz nefti" əməliyyatı və ya "Drôle de guerre" dövründə Bakı ingilis-fransız bombardmanlarının hədəfində

2014-12-08 12:50:33

İkinci Dünya müharibəsinin başlaması ilə vüsət almış nəhənglər savaşında Qafqazın neft sənayesi rayonları, xüsusən də Bakı qarşı-qarşıya duran hər iki tərəf üçün, yəni bir tərəfdən Almaniya başda olmaqla "ox dövlətləri", digər tərəfdən də onların rəqibləri olan İngiltərə və Fransa üçün xüsusi hərbi-strateji əhəmiyyət kəsb etməyə başladı.

Şərqdə ellinizm avropalılarla asiyalıların bütövləşməsi haqqında geosiyasi ideyanın həyata keçirilməsi yolunda ilk cəhd kimi

2014-12-02 13:14:00

Birinci dəfə Qərb və Şərq makrosivilizasiyalarının hərbi-siyasi qarşıdurması şəraitində avropalılarla asiyalıların bütövləşməsi ideyasının həyata keçirilməsinə dünya tarixində ilk geostrateq olan Makedoniyalı İsgəndərin e.ə. IV əsrin 30-20-ci illərində məşhur Şərq yürüşü zamanı cəhd edilmişdir. Qərb və Şərq makrosivilizasiyalarının hərbi-siyasi qarşıdurması Aralıq dənizi bölgəsində e.ə. I əsrdə özündə talassokratik cəhətləri birləşdirən Yunanıstanla Orta Şərqin aparıcı tellurokratik dövləti olan İranın meydana gəlməsi ilə baş qaldırmışdır.

Dinamik dəyişən dünyada iqtisadi müharibələr

2014-12-01 15:02:36

Məlum olduğu kimi, iqtisadi müharibə siyasi mübarizə və rəqabətin sərt formalarından biridir. Bu zaman iqtisadi vasitələrlə, əsasən də başqa dövlətin iqtisadi sisteminə təzyiq etməklə rəqib ölkənin iqtisadi potensialı zəiflədilir və ya məhv edilir. Müasir beynəlxalq siyasətin əsas aktorları dərk edirlər ki, düşməni fiziki məhv etmək heç də həmişə sərfəli olmur. Gözə çarpmayan iqtisadi tələlər qurmaq, iqtisadi asılılıq torunu toxumaq və rəqibin resursları üzərində nəzarət etməklə onu özünə işləməyə məcbur etmək daha sərfəli olur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...