THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Pərvin Darabadi

Çin və Afrika: geosiyasi və geoiqtisadi aspektlər

2015-05-05 11:53:58

Məlum olduğu kimi, "soyuq müharibə" başa çatdıqdan sonra Qərb Afrikaya diqqətini bir qədər zəiflətdi. Son onilliklər ərzində iqtisadi və hərbi cəhətdən dünyanın böyük dövlətinə çevrilən Çin Xalq Respublikası dərhal bundan istifadə etdi. Çinin Afrikaya marağı dünya səhnəsində bu regionun artmaqda olan geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə izah olunur. Afrika ilə münasibətlər Pekinin özünün əsas rəqibi olan ABŞ-la gizli geosiyasi rəqabət şəraitində yeni dünya nizamını yaratmaq strategiyasının bir hissəsidir. Özü də bu, ABŞ-ın son illər Afrika qitəsində ekspansiyasının aktivləşdiyi dövrdə baş verir. Təsadüfi deyildir ki, bir çox ekspertlər son illər ABŞ-ın strateji vəzifəsinin Şimali və Qərbi Afrikadan özünün əsas rəqiblərini, xüsusən də Çinin simasında əsas rəqibini sıxışdırıb çıxarmaqdan ibarət olduğunu qeyd edirlər.

Dünya tarixində və XXI əsrin geosiyasətində Qafqaz və Xəzər

2015-05-04 10:43:01

Xəzər və Qara dənizləri arasında yerləşən və Mərkəzi Asiyaya "geosiyasi açar" olan Qafqaz indi də geosiyasi aktiv zonadır və mühüm geostrateji rol oynayır, çünki onların üzərində nəzarətin ələ keçirilməsi şimaldan Böyük Orta Şərqə yol, Fars körfəzinə və Aralıq dənizinin şərqinə, cənub istiqamətindən isə – Cənubi Rusiyanın düzəngahlarına yol açır. Xəzər dənizi hövzəsinə gəlincə, bu bölgə əsrlər boyu Mərkəzi Avrasiya geosiyasi məkanında baş verən hərbi-siyasi və sosial-iqtisadi proseslərdə mühüm rol oynamışdır. XVIII əsrdən etibarən son üç əsrdə Xəzər bölgəsi Mərkəzi Avrasiyanın iqtisadi və hərbi-siyasi cəhətdən mühüm olan bu bölgəsi üzərində nəzarəti ələ keçirməyə can atan böyük və regional dövlətlərin kəskin geosiyasi rəqabət obyektlərindən biri idi.

Bakıda terror: 100 il bundan öncə

2015-04-23 11:01:13

Siyasi ekstremizmin təzahürlərindən olan terrorçuluğun kifayət qədər dərin tarixi kökləri vardır. Yüzilliklərlə bu xəstəlikdən dünyanın demək olar ki, bütün ölkələri və regionları "əziyyət çəkmişlər". Bu mənada ötən əsrin əvvəllərinin Qafqazı və Bakısı istisna deyil. Özü də 300 min əhalisi olan bu çoxmillətli şəhərdə terrorçuluq xüsusi xarakter alırdı. Qafqazın iri sənaye mərkəzlərindən və Rusiyanın əsas inqilabi ocaqlarından biri olan Bakı, daxili işlər naziri V.K.Plevenin sözlərinə görə, əsrin əvvəllərində "ümumrusiya anarxiya yuvası"na çevrilmişdi (yeri gəlmişkən, Pleve 1904-cü ilin yayında eserlər tərəfindən öldürülmüşdü).

ХХI əsrdə yeni dünya nizamının geosiyasəti: əsas tendensiyalar və parametrlər

2015-04-20 11:24:45

Məlum olduğu kimi, antik dövrdən başlayaraq bütün dünya tarixinin geosiyasi məzmununu Quru və Dəniz, Şərq və Qərb kimi iki sivilizasiya tipinin dueli təşkil edir. Atlantizmin simasında Dəniz sivilizasiyası tarixən özünün daha mükəmməl ifadəsini ABŞ və NATO ölkələri ətrafında qruplaşan müasir Qərbin strukturunda tapmışdır. Quru sivilizasiyası hələ XX əsrdə Sovet İttifaqı, ''yer üzünün ürəyi'' olan qitə məkanları ilə – Hartləndlə eyniləşdirilirdi.

Helford Makinderin "Hartlənd"i ХХI əsrin əsas geosiyasi prizi kimi

2015-04-16 10:56:38

25 yanvar 1904-cü ildə britaniyalı coğrafiyaşünas, Oksford universitetinin professoru Helford Con Makinder (1861-1947) Kral Coğrafiya Cəmiyyətində o dövrdə Qərbin elmi dairələrində kifayət qədər böyük əks-sədaya səbəb olmuş "Tarixin coğrafi oxu" adlı məruzə ilə çıxış etmişdir. H.Makinder "tarixin oxu" kimi Avrasiyanın ümumi sahəsi 15 mln. km²-dən çox olan və əvvəllər Şimal Buzlu okeanın su hövzəsinin (Ağ dənizin və Barents dənizinin cənub-qərb hissəsinin hövzələrindən başqa) və Mərkəzi Avrasiyanın qapalı (o cümlədən Xəzər və Aral dənizləri hövzələrinin) hissəsinin konturlarını demək olar ki, təkrarlayan və təxminən Rusiya imperiyasının, sonralar isə Sovet İttifaqının ərazisi ilə üst-üstə düşən şimal-cənub qismini səciyyələndirirdi.

Mərkəzi Asiyada təhlükəsizlik problemləri və Rusiya

2015-04-14 10:25:38

Postsovet dövründə Mərkəzi Asiya dövlətlərinin müasir dövrün real təhdidlərindən təhlükəsizliyinin təmin edilməsi problemləri getdikcə artır. Əfqanıstandakı qeyri-stabillik şəraitində bu regionda təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Regiondan gələn çağırışlar Rusiya üçün də aktualdır, çünki bu ölkə üçün Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi əhəmiyyəti kifayət qədər yüksəkdir.

ABŞ Cənubi Qafqazda: ilk addımlar

2015-04-08 09:50:55

XX əsrin əvvəlləri Qafqazın Birinci dünya müharibəsinin və Orta Şərqdə hərbi-siyasi hadisələrin gedişinə təsir göstərən ən mühüm geosiyasi mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olmuşdur. Təsadüfi deyildir ki, alman geosiyasətinin klassiki Karl Haushofer Bosfor, Cəbəlüttariq, Süveyş kanalı kimi "tarixə məlum döyüş zonaları", habelə o dövrün bir sıra digər münaqişəli zonaları ilə yanaşı, Qafqazı da dünyanın "qitələrin sərhədlərindəki döyüş zonaları" xəritəsinə daxil etmişdi.

Avropa ordusu: utopiya ilə reallıq arasında

2015-04-01 11:32:53

Dünya səhnəsində ABŞ, Çin və Rusiya kimi əsas "geosiyasi oyunçular"dan hər birinin güclü hərbi-siyasi potensiala malik olduğu müasir dövrdə "böyük dördlüyə" daxil olan və iqtisadi cəhətdən kifayət qədər güclü Avropa İttifaqı özünün XXI əsrin ilk onilliklərinin çağırışlarına tam həcmdə adekvat cavab vermək iqtidarında olmayan milli hərbi qüvvələri ilə kifayətlənir. Hal-hazırda Avropa İttifaqı özünün beynəlxalq təhlükəsizlik konsepsiyasında bu fikirdən çıxış edir ki, ümumdünya məhsulunun dörddə birini istehsal edən, əhalisinin sayı yarım milyarda yaxın olan və kifayət qədər böyük (150 mlrd. avrodan çox) həcmdə müdafiə büdcəsinə malik Aİ beynəlxalq təhlükəsizlik məsələlərində qlobal oyunçu olmağa can atır, çünki yalnız yüksək səviyyədə müdafiə gücünə malik olmaqla Avropa İttifaqı özünün dinamik və davamlı inkişafını təmin edə bilər.

1945-ci il Yalta (Krım) konfransının qərarları: müharibədən sonrakı gələcəyə körpü

2015-03-11 10:57:05

Məlum olduğu kimi, antihitler koalisiyası ölkələrinin (SSRİ, ABŞ, Böyük Britaniya) liderlərinin üç görüşlərindən biri 4-11 fevral 1945-ci ildə Yaltada, Livadiya sarayında keçirilmiş və müharibədən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr edilmişdir. 1943-cü ilin sonunda Tehranda Franklin Ruzvelt, İosif Stalin və Uinston Çörçill əsas olaraq Üçüncü reyx üzərində qələbə qazanmaq problemini müzakirə edirdirlər. Yaltdada isə əsasən qalibiyyət əldə etmiş ölkələr arasında dünyanın bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edilmişdir.

ХХ əsrin əvvəlləri: ingilislər Qafqazda

2015-03-06 10:45:58

Məlum olduğu kimi, I dünya müharibəsində məğlub olan Türkiyə 30 oktyabr 1918-ci ildə ingilis kreyseri "Aqamemnon"un göyərtəsində bağlanan Mudros barışığına görə qısa bir zamanda öz qoşunlarını bütövlükdə Qafqazdan, o cümlədən Bakı və Batumdan çıxarmalı idi. 16 noyabr 1918-ci ildə ingilis-fransız eskadrası Qara dənizə daxil oldu, 17 noyabrda isə Bakıya yenidən Ənzəlidən dənizlə Şimali İranda ingilis qoşunlarına komandanlıq edən general-mayor V.M.Tomsonun başçılıq etdiyi 39-cu piyada briqadasının hissələri daxil oldu (ümumilikdə 1000 Britaniya və 800 hind əsgər və zabiti). Bakıya səfərə çıxmazdan öncə ingilis generalı müttəfiq dövlətlərin mövqeyini ifadə edərək bəyannamə ilə çıxış etdi. Bəyannamədə qeyd olunurdu ki, "neft sənayesi ilə birlikdə Bakı işğal ediləcək, ölkənin yerdə qalan hissəsi isə Azərbaycan hökuməti və onun qoşunlarının nəzarəti altında qalacaqdır".

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...