THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Pərvin Darabadi

Geosiyasət və İkinci dünya müharibəsi

2016-02-18 12:58:31

Bütövlükdə İkinci dünya müharibəsi ərəfəsində dünyada qüvvələrin nisbətindəki geosiyasi vəziyyət dinamik şəkildə dəyişirdi. Dünya avropasentrik olaraq qalırdı, lakin dünyanın geosiyasi strukturu davamlı deyildi. Siyasi proseslərdə dünyanın aparıcı oyunçuları öz geosiyasi konsepsiyalarını, doktrinalarını, strategiyalarını rəhbər tuturdular. Qərb əvvəlki kimi dünyada gedən əsas proseslərin formalaşmasını müəyyən edirdi, amma o, özü də çaş-baş düşmüşdü, yəni ingilis-sakson və roman-alman sivilizasiyalarının matrisasına söykənirdi. Həyati mənaları və xarici siyasət strategiyasının vektorları müxtəlif istiqamətli idi. Sovet İttifaqı Rusiya dövlətçiliyini qoruyub saxladı və möhkəmləndirdi, hərbi-iqtisadi, ideya-mənəvi və intellektual potensialını artırdı.

Yaponiya-Amerika hərbi-siyasi alyansı: "nüvə çətirindən" "ümid birliyinə" doğru

2015-06-10 12:44:39

Məlum olduğu kimi, Yaponiya dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə, xüsusən də nəhəng Asiya-Sakit okean regionunda gedən proseslərə nəzərəçarpacaq dərəcədə təsir göstərən bir dövlətdir. Özünün dünyada yeganə fövqəldövlət kimi müstəsnalılıq statusunu qoruyub saxlayan ABŞ-ın regionda vəziyyəti bir çox mənada Yaponiya ilə münasibətlərdən asılıdır, çünki Vaşinqtonun son onillikdə dünya səhnəsində mövqelərinin zəiflədiyi bir şəraitdə onun üçün müttəfiqlər məsələsi böyük əhəmiyyətə malikdir. Müharibədən sonrakı dövrdə İkinci dünya müharibəsində məğlub olan Yaponiyanın hərbi-siyasi təhlükəsizliyinin təmin edilməsini ABŞ öz üzərinə götürdü. 50 il ərzində Birləşmiş Ştatlar "Gündoğar ölkəni" özünün "nüvə çətiri" ilə etibarlı şəkildə örtürdü. Bu, demilitarizasiya edilmiş Yaponiyaya qısa bir tarixi müddətdə dünyanın ən güclü iqtisadi mərkəzlərindən birinə çevrilməyə imkan verdi.

Xəzər regionunda geosiyasi reallıqlar yeni dünya nizamının formalaşması kontekstində

2015-06-01 11:59:14

XX əsrin 90-cı illərində Qərb-Şərq geosiyasi qarşıdurması Aralıq dənizinin şərqindən tədricən Xəzər bölgəsinə doğru yerini dəyişməyə başladı və ön plana bir tərəfdən ABŞ və NATO, digər tərəfdən də Rusiya və İranın geostrateji imperativləri çıxdı. Atlantizmin bu bölgəyə geosiyasi təzyiqi aşağıdakı üç istiqamətdə getməkdə davam edir: qərbdən, Aralıq dənizindən (Türkiyə vasitəsilə); cənubdan (Ərəbistandan) və şərqdən, Pakistandan (Əfqanıstan və Mərkəzi Asiya vasitəsilə). Bununla əlaqədar Rusiyanın bu regionun geosiyasi fəzasından sıxışdırılıb çıxarılması, onun Xəzərdə ənənəvi üstünlüyündən məhrum olması təhlükəsi meydana gəlmişdir. Politoloq A.S.Panarinin fikirlərinə görə, Xəzər "dəniz quldurları oyunları"nın episentrinə çevrilmişdir.

Molotov-Ribbentrop paktı: geosiyasət ideologiyanı üstələyəndə...

2015-05-29 14:07:35

Ötən əsrin 80-cı illərinin sonu – 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində Qərb və Rusiya siyasətçiləri və tarixçiləri tərəfindən açılan "qalmaqallı" işlər arasında SSRİ ilə Almaniya arasında İkinci dünya müharibəsinə cəmi bir neçə gün qalmış bağlanan Molotov-Ribbentrop paktı genişmiqyaslı antisovet təbliğatında bəlkə də ən əsas amillərdən biri idi. Avropada İkinci dünya müharibəsindən qabaq yaranmış beynəlxalq şəraitə, obyektiv reallığa əsaslanaraq bu paktın həqiqi tarixi əhəmiyyətini dərk etmək üçün 30 il keçməli idi.

İkinci dünya müharibəsi illərində "Avropanın ən təhlükəli adamı"

2015-05-22 13:19:11

Adolf Hitler onu özünün "dostu", ingilis qəzetləri "Avropanın ən təhlükəli adamı" adlandırırdı. Fürer ən incə və mürəkkəb əməliyyatları məhz ona tapşırırdı. İkinci dünya müharibəsi illərində bu avstriyalı esesçi özünün liderlik keyfiyyətlərini çox gözəl nümayiş etdirdi. O, Fransa, Yuqoslaviya və Rusiyada vuruşmaqla Avropadakı hərbi əməliyyatlarda birbaşa iştirak edirdi. 1942-ci ilin sonunda Otto Skorseni Şərq cəbhəsində ağır yaralandı və Almaniyaya "Dəmir xaç" ordeninin kavaleri kimi qayıtdı. Bu orden ona "düşmən atəşi altında göstərdiyi şücaətə" görə verilmişdi.

Napoleon Bonapart və Hindistan: reallaşmayan geosiyasi layihə

2015-05-12 12:16:56

I Napoleon Bonapartın böyük əməlləri sırasında onun XIX əsrin əvvəllərində Rusiya ilə birgə Hindistana planlaşdırdığı yürüş xüsusi yer tutur. Bu son dərəcədə məxfiləşdirilmiş əməliyyat sonralar "fantastik, utopik, qeyri-real layihə" kimi qiymətləndirildi. İngiltərədən fərqli olaraq Fransa kifayət qədər dəniz qüvvələrinə malik deyildi. Lakin geosiyasi düşüncəli Napoleon "Dumanlı Albion"a formalaşmaqda olan Britaniya imperiyasının incisi olan Hindistanı ələ keçirməklə "ölüm" zərbəsi vurmağa çalışırdı. Bu işdə o, XVIII əsrin 90-cı illərinin sonunda gözlənilmədən Fransa inqilabının ideyalarına nifrət bəsləyən Rusiya imperatoru I Pavelin simasında özünə müttəfiq tapdı.

Heydər Əliyev və XX-XXI əsrlərin qovşağında Xəzər bölgəsinin geosiyasəti

2015-05-09 13:24:25

Yalnız Heydər Əliyevin beynəlxalq aləmdə realist, uzaqgörən və təmkinli fəaliyyəti sayəsində Rusiya ilə Qazaxıstanla və hətta Xəzərin bölgüsü ilə bağlı Azərbaycana qarşı iddiaları olan Türkmənistan və İranla da qarşılıqlı münasibətlər normallaşdırıldı. Digər tərəfdən, Azərbaycan neftinin işlənməsi və nəqli işinə Qərbin iri neft şirkətləri də cəlb edildi ki, bu da 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə nəticələndi. Heydər Əliyev deyirdi: "Xəzər dənizi hövzəsi dünyanın bir çox ölkələri və şirkətlərinin əməkdaşlığı səhnəsinə çevrilir. Bu isə dünyada baş verən inteqrasiya proseslərinə kömək etməklə ölkə və xalqların sülh və stabillik şəraitində qarşılıqlı əməkdaşlığının çox gözəl bir nümunəsidir". Heydər Əliyevin digər bir böyük diplomatik uğuru Xəzərdən Aralıq dənizinə Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə əsas ixrac boru kəməri layihəsinə beynəlxalq dəstəyi təmin etməsi ilə bağlı olmuşdur.

Qafqaz-Xəzər regionunda "böyük geosiyasi oyun": tarix və müasirlik

2015-05-08 12:19:19

Ümumilikdə klassik geosiyasət çərçivəsində Qafqaz-Xəzər geosiyasi məkanına tellüroktarik "Quru" (Rusiya imperiyası-SSRİ-Ukrayna) mövqeyindən baxılır. Talassokratik "Dəniz" (ABŞ, NATO) mövqeyində qitə təsirinin altında olan bu məkandan Avrasiya boyunca ekspansiya və üzərində geostrateji və geoiqtisadi nəzarəti ələ keçirmək üçün platsdarm kimi istifadə olunur. Buna görə də təəccüblü deyil ki, Qafqaz-Xəzər regionu 20 əsrdən çoxdur ki, geosiyasi maraqların həm gizli, həm də açıq şəkildə toqquşduğu və həm qədim və orta əsrlərdə dünyanın və bölgənin böyük dövlətləri, həm də yeni və ən yeni dövrdə bir tərəfdə Qərbin böyük dövlətlərinin və ilk növbədə ABŞ, Böyük Britaniya və Almaniyanın, digər tərəfdə Rusiyanın apardığı qızğın rəqabət mübarizəsi məkanına çevrilmişdir.

Çin və Rusiya Latın Amerikası məkanında

2015-05-07 13:40:44

XXI əsrin ilk onilliklərində Latın Amerikasında Çin və Rusiyanın iştirakı bir çox istiqamətlərdə kifayət qədər dinamik inkişaf edir. Özü də regionda Çin və Rusiya bir-biri ilə hələ ki, rəqabət aparmır, onların Latın Amerikasında iştirakının güclənməsi isə perspektivdə ABŞ-ı ikinci plana ata bilər.

Cənubi Qafqaz düyünü: çoxgedişli "geosiyasi oyun"

2015-05-06 14:22:28

Xəzər dənizinin enerji ehtiyatları uğrunda geosiyasi rəqabət ötən əsrin 80-cı illərinin sonunda Cənubi Qafqazda alovlanmış etno-ərazi münaqişələrində özünü göstərdi. 90-cı illərin ortalarından etibarən onlar qurudan dənizə də yayılıb 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalandıqdan sonra daha real konturlar aldı. Cənubi Qafqaz və Xəzəryanı ölkələr "Xəzər şahmat taxtası"nda dünyanın və regionun böyük dövlətləri tərəfindən bölgədə aparılan "geosiyasi oyun"a qoşulmağa başladırlar. Əvvəlki əsrlərdə olduğu kimi, bu gün də dünyanın və bölgənin böyük dövlətlərinin birbaşa geosiyasi maraqlarının mərkəzində Xəzər bölgəsində çox mühüm coğrafi mövqedə yerləşən Azərbaycan Respublikası durur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...