Dünyada elə bir xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Belə dahi şəxsiyyətlər yüksək mənəvi dünyaları ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə sidq-ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı da Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzərəsidir.
Müəllif: Novruz Məmmədov
Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl dö Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!
Bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur. Azərbaycan xalqı dövlət başçısının fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Həm ölkə daxilində, həm də xaricdə heç kim şübhə etmir ki, mahiyyət etibarilə Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə nəzərəçarpacaq təsir göstərə bilməz.
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.
Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərmişdir. İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan biri Baş Katib Yaqlandın yuxusuna haram qatıb. O, elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində "insan haqlarının müdafiəçisi" bayrağı edərək, nəyin bahasına olursa olsun Azərbaycanı "cəzalandırmaq", Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.
Diplomatiya tarix boyu hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahəsi olub. Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun, ümumiyyətlə, imicinin və mövqeyinin formalaşdırılmasında olduqca mühüm rol oynayır. Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövlətçiliyi öz varlığına görə Ulu Öndər Heydər Əliyevə borcludur. Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlişi dövlətin nəzəri-praktiki əsaslarının formalaşdırılmasına imkan yaratdı. Ümummilli Lider ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan və müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üz-üzə qalmış ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etdi. Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, böyük uzaqgörənliklə xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini konkretləşdirdi.
Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Lakin keçən əsrin 90-cı illərində XX əsrdə əldə edilən ikinci müstəqillik dönəminin başlaması ilə həmrəylik anlayışı yeni məzmun aldı. Çünki müasir tarixi mərhələdə azərbaycanlıların həmrəyliyi müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirilməli idi. Ulu Öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir. Keçən müddət ərzində dünya azərbaycanlılarının həmrəylik qurultayları keçirilib. Onların hər biri qarşıya ciddi vəzifələr qoyub. Analiz göstərir ki, bu proses olduqca məzmunlu və sistemli aparılıb. Nəticədə, diaspor qurumları da daxil olmaqla böyük təşkilati işlər həyata keçirilib. İndi dünya azərbaycanlıları qarşısında yeni vəzifələr durur. Prezident İlham Əliyevin bununla bağlı müraciəti son dərəcə maraqlı fikirlərlə zəngindir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, onun daim tədqiqinə ciddi ehtiyac vardır. Xüsusilə müasir tarixi mərhələdə səmərəli müstəqil dövlət quruculuğu modelinin reallaşdırılması aspektində Ulu Öndərin zəngin irsinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, postsovet məkanında ziddiyyətli və mürəkkəb geosiyasi proseslər suveren ölkələr qarşısına gözlənilməz, bir sıra hallarda isə risklərlə dolu situasiyalar çıxarır. Tarixin bu cür qaranlıq dolanbaclarında yalnız öncədən düzgün inkişaf strategiyası seçmiş cəmiyyətlər bu yoldan sapmır, çətin vəziyyətlərdən uğurla çıxa bilir. Məhz bu işdə millətin yetişdirdiyi dahi liderlərin zəngin təcrübəsi və dövlətçiliyi əhatə edən irsi əsas rol oynayır. Konkret ifadə edilsə, Heydər Əliyev elə dühalardandır ki, onun əvəzolunmaz irsindən bəhrələnmədən müstəqil dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması perspektivləri və təhlükəsizliyin təmini kimi aktual məsələləri həll etmək mümkün deyil. Azərbaycanın dövlət və cəmiyyət olaraq bu gün yüksəldiyi səviyyənin təhlili həmin tezisin doğruluğunu tam təsdiq edir.
Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş baş verib. Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl azərbaycanlı idi. Hələ sağlığında ikən özünə əbədiyaşarlıq qazanan Ümummilli Lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Vətəninin çağdaş tarixində elə bir iz qoyub ki, bu gün Azərbaycanı Ulu Öndərsiz təsəvvür etmək mümkün deyildir.
Heydər Əliyev strateji hədəfləri daxili və xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək müəyyənləşdirirdi. Bütün bunlar ulu öndərin dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarının zənginliyini nümayiş etdirir. Heydər Əliyevin dövlətçilik kursu seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Azərbaycanın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və "...hədsiz gərgin zəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyasını formalaşdırmağa müvəffəq oldu". Təcrübə göstərir ki, belə fürsət heç də hər xalqa, ya millətə nəsib olmur.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...