Xülyalarla yaşayan Ermənistan tərəfi hələ də "status" çağırışlarını davam etdirir. Amma artıq qatar gedib, bu məsələ tarixdə qalıb. Azərbaycan illər uzunu Qarabağa ən yüksək muxtariyyət verməklə Ermənistan silahlı qüvvələrinin oradan sülh yolu ilə çıxarılmasını istəyib, lakin erməni havadarlarının iştahası böyük olduğundan buna razılıq verməyiblər. Vətən müharibəsindən sonra isə bu, mümkün deyil. Çünki rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarını döyüşərək, itkilər verərək, igid oğullarının qanı bahasına işğaldan azad edib.