THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Newtimes.az

ABŞ-Azərbaycan münasibətlərinin inkişafı: Trampın məktubunun geosiyasi məqamları

2020-05-18 18:35:21

Amerika Prezidenti Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Donald Tramp məktubunda iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulayıb. Həcmi qısa olan məktubun məzmunu dərindir və orada geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilib. Həmin fikirlər Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif istiqamətlərini, ondan hər iki ölkə xalqlarının faydalanmasının zəruriliyini və bunun bütövlükdə dünya üçün əhəmiyyətini əks etdirir.

Azərbaycan Prezidentinin təşəbbüslərinə böyük maraq: humanizm və yeni əməkdaşlıq modelləri nümunəsi

2020-05-14 21:32:04

Koronavirus pandemiyası hər bir dövlətin nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu bəlaya dünya dövlətləri fərqli reaksiya verdilər. Çətin sınaq qarşısında hadisələrdən təşvişə düşənlər və sistemsiz hərəkət edənlər də oldu. Hətta bir sıra dövlətlər baş verənlərə laqeyd belə qaldılar. Onların fonunda Azərbaycan dövlətinin fəaliyyəti olduqca təqdirəlayiq görünür. Prezident İlham Əliyev qlobal pandemiya böhranı şəraitində çox səmərəli və kollektiv fəaliyyətə dəvət edən təşəbbüslər irəli sürdü. Beynəlxalq ictimaiyyət bu təşəbbüslərə laqeyd qalmadı. Maraqlı reaksiyalar oldu. Siyasi dairələr və ekspertlər bu təşəbbüsləri yüksək qiymətləndirdilər.

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

2020-04-28 19:31:59

Nikol Paşinyanın Ermənistan mətbuatının "sensasiya" kimi təqdim etməyə çalışdığı fikirləri reallıqda erməni baş nazirin çox çətin vəziyyətə düşdüyünü göstərir. O, düşdüyü bataqlıqdan adəti üzrə yalan və şantajla çıxmağa çalışır. Ancaq hər tərpənişində daha da dərinə batır. Çünki haqsız və ədalətsizdir. Belə vəziyyətdə olanlarda nə real hərəkət ola bilir, nə də məntiq.

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

2020-04-21 19:05:37

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransını hələ də sensasiya kimi təqdim etməyə çalışır. Orada N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların "real" vəziyyəti haqqında dedikləri xüsusilə qabardılır. Əlbəttə, münaqişənin həlli çox aktualdır. Lakin N.Paşinyan həmişə olduğu kimi, yenə də problemin həqiqi həlli naminə danışmayıb. O, Ermənistanın daxili vəziyyəti və xarici siyasətinin bataqlıqda olduğunu ört-basdır etmək üçün yeni yalanlar uydurub. Həm də bu zaman özü də bilmədən məntiqsizlik sahəsinə düşüb. Burada Ermənistanın geosiyasi, iqtisadi, hərbi və təhlükəsizlik aspektlərində qarşılaşdığı problemlərin daha da çoxalması ilə yanaşı, rəsmi İrəvanın konkret çıxış yolu ortaya qoymamasının da rol oynadığı aydın görünür.

Senator: "Çin cəzalandırılmalıdır"

2020-04-11 23:54:50

"Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyyətsiz davranışıdır".

Tramp Putin və Səudiyyə kralı ilə neft mövzusunda "yaxşı söhbət" etdiyini açıqlayıb

2020-04-10 00:17:01

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman ilə "yaxşı söhbət" etdiyini söyləyib.

Strateji təfəkkürlü lider: İlham Əliyev çoxqütblü dünya modeli haqqında

2020-03-30 19:31:08

Hazırkı tarixi mərhələdə siyasi liderlərin dünyanın taleyində rolu daha da artıb. Siyasi nəzəriyyələrdə şəxsiyyətlərin fəaliyyəti üzərində geniş dayanılır. Siyasətçi öz davranışı ilə bütövlükdə dünyanın təkamül dinamikasını yeniləşdirə bilər. İlham Əliyev məhz bu səviyyədə qəbul edilən liderlərdəndir. Azərbaycan Prezidentinin Rusiyanın "Rossiya-24" televiziya kanalına verdiyi müsahibədən də bu aydın görünür. Dövlət başçısı lakonik, dərin məzmunlu və nəzəri-praktiki əhəmiyyətli fikirlər ifadə edib. İlham Əliyevin irəli sürdüyü tezislər müasir geosiyasi şəraitdə cərəyan edən hadisələrə obyektiv, geniş aspektdə və dərindən yanaşmağa imkan verir. Oxucu bir daha əmin olur ki, Azərbaycan sözün bütün mənalarında Cənubi Qafqazın lider dövləti olmağa layiqdir. Çünki bu ölkənin rəhbəri uzaqgörən, müdrik siyasətçidir.

Cənubi Qafqazda iki geosiyasi tendensiya: yüksələn və tənəzzül edən ölkələr

2020-03-23 23:16:47

Son zamanlar beynəlxalq ekspertlər Cənubi Qafqazda cərəyan edən geosiyasi hadisələrin təhlilinə daha çox yer verməyə başlayıblar. Bu, bir tərəfdən, böyük dövlətlərin regionda fəallaşması ilə əlaqəlidir. Digər tərəfdən isə, Cənubi Qafqazdakı münaqişələrin dinc yolla həlli məsələsi geosiyasi dəyişikliklər fonunda daha da aktuallaşıb. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar vasitəsilə aradan qaldırılması zərurəti göz qabağındadır. Bu reallıqların fonunda region dövlətlərinin geosiyasi fəaliyyəti yeni bucaq altında məzmun çalarları almış olur. Konkret olaraq, Azərbaycan və Ermənistanın atdığı addımlar, malik olduqları geosiyasi imkanlar analitiklərin diqqətini cəlb edir. Təhlillər göstərir ki, Ermənistan siyasi-iqtisadi aspektlərdə dərin böhrana doğru gedir. Ölkədə əksər sahələrdə qanunsuzluq, siyasi motivlərə görə təqiblər və təzyiqlər baş alıb gedir. Bunların fonunda Azərbaycan ardıcıl olaraq beynəlxalq aləmdə nüfuzunu yüksəldir.

Ankara-Moskva xəttində İdlib məsələsi: əhəmiyyətli razılaşmalar və bəzi risklər

2020-03-10 17:17:06

Ekspertlər xeyli vaxt idi ki, İdlibdə hərbi vəziyyətin kəskinləşməsini xüsusi həssaslıqla izləyirdilər. Bu prosesin inkişaf etməsi halında hətta dünya savaşının meydana çıxa biləcəyini istisna etmirdilər. Belə ki, Suriya rejimi müttəfiqlərinin köməyi ilə İdlibdə Türkiyə hərbi qüvvələrinə qarşı əməliyyat keçirməyə başlamışdı. Onlar çoxlu sayda məntəqəni ələ keçirdilər, üstəlik, 36 türk əsgərini şəhid etdilər. Türkiyə ordusu buna çox sərt reaksiya verdi və qısa müddətdə Bəşər Əsədə bağlı hərbi qüvvələrə sarsıdıcı zərbələr endirildi. Bütün dünya gördü ki, Türkiyənin böyük hərbi gücü var və onunla zarafat etmək olmaz. Bununla türk əsgərlərinə qarşı hərbi əməliyyatlar dayandırıldı. Ancaq türk ordusu Əsəd qüvvələrini diz çökdürmək üçün tədbirlər görməli oldu. Türklər yüksək dəqiqliklə yerdəki hərbi hədəfləri vurdular. Həyata keçirilən əməliyyatlar dünyanı heyrətə gətirib. Çünki bir nəfər də olsun dinc insana zərər dəyməyib. Türk pilotsuz hərbi təyyarələri dəqiqliklə hədəfləri vura bilib. Bütün bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin necə nəticələnəcəyi ilə bağlı müxtəlif proqnozlar verilirdi.

İdlib "partlayışı": regional və qlobal geosiyasətdə tarazlıq pozulur

2020-03-02 23:21:09

Suriyanın İdlib bölgəsində geosiyasi-hərbi proseslər daha gərgin səviyyəyə yüksəlib. Orada sözün həqiqi mənasında böyük dövlətlərin açıq və gizli savaşı gedir. 30-dan çox türk əsgərinin şəhid edilməsindən sonra Türkiyə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. "Bahar qalxanı" adlanan bu əməliyyatda Bəşər Əsədə sadiq silahlı qüvvələrə ağır zərbələr endirilir. Suriya Milli Ordusu bir qədər əvvəl itirdiyi əraziləri addım-addım azad edir. Artıq Neyrab (M-4 şosesi üzərində) və Serakibdə (M-5 şosesi üzərində) döyüşlər gedir. Neyrab tam azad edilib, B.Əsədin istifadə etdiyi hava limanı dağıdılıb. Serakibin bir hissəsi də müxaliflərin əlindədir. Türk ordusu Suriya rejiminə məxsus iki "Su-24" təyyarəsini vurub, Hələb yaxınlığındakı hərbi təyyarə anqarını darmadağın edib. B.Əsədə bağlı qüvvələr 100-dən çox tank və minlərlə canlı qüvvə itiriblər. Türk ordusunun qisası davam edir. Bütün bunların regional və qlobal proseslərə təsiri məsələsi aktualdır. Ekspertlər bununla bağlı rəylərini bildirir, analiz aparır və proqnozlar verirlər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...