Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının unikal modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqları dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformalarının yaradaılmasının mümkünlüyü ideyasını irəli sürüb.
Müəllif: Elman Nəsirov
İkinci Qarabağ müharibəsinin 39-cu gününü yaşayırıq. Bu müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır. Zənnimizcə, işğalçı ölkədə acınacaqlı mənzərə tam aydındır.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əsasən, "nə müharibə, nə də sülh" qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Sentyabrın 27-də həqiqət anı yetişdi. Nəticədə, münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı.
BMT Baş Məclisinin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş növbəti 100 gün ərzində – cari ilin sonunadək bütün münaqişələrdə atəşkəsin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul etdi. Analoji müraciəti cənab Quterreş bu ilin mart ayında da etmişdi. BMT rəhbərinin qlobal atəşkəsin təmin edilməsi ilə bağlı hər iki müraciətinin əsas motivi pandemiya ilə səmərəli mübarizənin aparılması reallığından qaynaqlanır. Səmərəli oldumu? Cənab Quterreşin istinad etdiyi statistika bu suala müsbət cavab verməyə imkan vermir. BMT Baş katibinin məlum birinci çağırışına 180 dövlətin dəstək verdiyi vurğulansa da, konkret olaraq münaqişə ocaqlarından yalnız Kamerunda, Kolumbiyada və Filippində hərbi toqquşmalara nisbi pauza verildiyi bildirilmişdir. BMT Baş katibinin hər iki müraciətini qulaqardına vuran dövlətlərin sırasında Ermənistan yəqin ki, lap ön sıralardadır. BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələrini icra etməyən və buna görə də cəzasız qalan Ermənistan tərəfinin sözügedən beynəlxalq təşkilatın rəhbərinin tövsiyə xarakterli müraciətlərinə də məhəl qoymayacağına qətiyyən təəccüblənmək lazım deyil.
Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin ''müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgü ilə müəyyən ediləcək'', – fikri təsadüfi sayılmamalıdır. Bu, bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland).
Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Azərbaycanla sərhədin Tovuz istiqamətində 12-16 iyulda törədilən hərbi təxribat Ermənistanın avantürist siyasətinin növbəti təzahürü oldu. Əslində, bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tonoyanın "Yeni ərazi-yeni müharibə" çağırışında nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. Bunun ardınca Rusiyadan 500 ton hərbi təyinatlı yüklərin Xəzəryanı ölkələrin hava məkanından keçərək Ermənistana verilməsi regionda hərbi-siyasi gərginliyin pik nöqtəsinə yaxınlaşmasını şərtləndirdi. Eyni zamanda, məlum münaqişənin dinc həllinə deyil, hərbi yolla tənzimlənməsi imkanlarının artmasına xidmət etmiş oldu.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...