Son hadisələr Ermənistanın "əsas potensialını" da aşkarladı. Məlum oldu ki, bu dövlət yalnız xarici dəstək və yardımların hesabına mövcuddur.
Müəllif: Sədrəddin İsmayılov
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Cənubi Qafqaz bölgəsinə sabitlik, inkişaf və əməkdaşlıq vəd edir. Bu, yaxın perspektivdə bölgə insanlarının əmin-amanlıqda yaşamaları üçün də şərait yaradır. Əlbəttə, işğaldan sonra inkişaf, sabitlik, əməkdaşlıq və əlaqələr baxımından Cənubi Qafqaz regionu həm də dünya üçün örnək bölgəyə çevrilə bilər.
Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır. Bu həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyan beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əks-hücum əməliyyatı davam edir. Otuz ilə yaxındır bu münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürənlərin yarıtmaz fəaliyyəti nəticəsində Qarabağdakı separatçılar və Ermənistanın iştahası böyüdü. Separatçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda Fransa da çıxış edir.
Əslində, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistan yeni torpaqlar işğal etmək üçün atəşkəsi pozaraq hücuma keçib. Döyüşlərədək işğalçı ölkə ilə bağlı vəziyyəti belə xarakterizə etmək olar. Ermənistan işğalçı olmasına baxmayaraq, özünü vəziyyətin sahibi, diktə edən tərəf kimi aparır. Ermənistan beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı təkliflərinə məhəl qoymayaraq, torpaqları işğaldan azad etmir, Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsinə çalışır. Rəsmi Yerevan özünü Qarabağ torpaqlarının yiyəsi kimi aparır. İşğal altında olan torpaqlara Livandan olan qaçqınlar adı altında terrorçuları yerləşdirir. Terrorçu PKK ilə danışıqlar aparır, onların Qarabağda məskunlaşmasına şərait yaradır.
Ermənistanın əvvəlki dövrlərdə və son sutkada Azərbaycana qarşı törətdiyi təxribatlar cavabsız qalmayacaq. Bu cavab isə Ermənistanda xaosa səbəb ola bilər. İşğalçı dövlət tərəfindən törədilən təxribatlar deməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu 2 il 5 ay ərzində dövləti idarə etmək üçün təcrübə toplaya bilməyib. Çünki dövlət sərhədində törədilən bütün təxribatlar onun hökumətinin ziyanına işləyir. Bu hər kəsə gün kimi aydın bir məsələdir. Bunu paşinyançılar bilmirsə, yaxud ona əməl etmirlərsə, deməli, Ermənistanı Nikol deyil, başqa qüvvələr idarə edir. Paşinyanın və komandasının zəifliyindən istifadə edərək Azərbaycana qarşı son 3 ayda ard-arda təxribatlar törədirlər. Bunu Azərbaycana təzyiq vasitəsi də saymaq olar. Belə ehtimal etmək olar ki, Ermənistandakı zəif hakimiyyətdən istifadə edən həmin qüvvələr rəsmi Bakının səbrini yoxlayır, Azərbaycanda qarışıqlıq salmaq istəyirlər.
Ermənistanda hakimiyyət və müxalifət hələ də özünü təsdiqləyə bilməyib. Deməli, 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra qurulan yeni rejim özünü demokratik, islahatçı, anti-korrupsioner, qərbyönlü, anti-Rusiya və s. kimi təqdim etməyə çalışdı. Ancaq ötən müddət ərzində iddialarına nail ola bilməyib. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın hələ də azadlıqda olması bunu təsdiqləyir. Ermənistan KİV-in məlumatına əsasən, Koçaryanın əmlakının bir hissəsinə qoyulan həbs götürüləcək. Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan barəsində həbs qətimkan tədbirinin seçilməməsi kimi faktlar Nikol Paşinyan hökumətinin may "inqilabının şüarlarını" yerinə yetirə bilməməsinə aid dəlillərdəndir. 2016-cı ilin aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində aparılan araşdırma da hələlik nəticəsiz qalıb.
Təxminən 200 il əvvəl olduğu kimi yenə Azərbaycan torpaqlarına ermənilər köçürülür. Azərbaycanın düşmənləri Cənubi Qafqazda yürüdülən müstəmləkəçilik siyasəti nəticəsində aborigen, yerli sakin olmayan, gəlmə ermənilərə dövlət yaratmaqla özlərinin yaratdıqları beynəlxalq hüququ tapdaladılar. Osmanlı dövlətinə qarşı birləşib onu parçalayandan sonra türk imperiyasının düşmənləri Orta Şərqdə, xüsusilə Livanda, Suriyada Türkiyəyə (sonradan Azərbaycana) qarşı müxtəlif təşkilatlar yaratdılar.
"Torpaq bərk olanda öküz öküzdən görər". Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlamaq Ermənistan və havadarları üçün gündən-günə çətinləşir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyəti Livandan qaçqın düşən ermənilərin mal-mülkünə və puluna möhtac qalıb. Rəsmi Yerevan özünü himayədar və humanist göstərmək üçün Ermənistana sərmayə qoyacaq Livandan olan ermənilərin vergidən azad edilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Bunun yerli iş adamlarının narazılığına səbəb olacağı istisna edilmir. Çünki belə bir qanunun qəbul olunması iş adamları arasında ayrı-seçkilik yaradacaq.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...