Fransada ağıllı adam bu qədər azdır? Yoxsa Senat saxta yolla seçilib?
Müəllif: Sədrəddin İsmayılov
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin açarının Rusiyada olduğun deyənlər haqsız deyilmiş. Düzdür, 44 günlük döyüşlər bu açarın Azərbaycanın əlində olduğunu da göstərdi. Ancaq problemin yaranma tarixinə nəzər yetirsək, onun müəllifinin daha çox çar Rusiyası, keçmiş SSRİ və Rusiya olduğu da sirr deyil. Bu baxımdan sentyabrın 27-də başlayan döyüşlərə və ondan sonrakı prosesdə Kremlin mövqeyi böyük əhəmiyyət kəsb edir. Son hadisələr zamanı ABŞ az qala susmuşdu. Fransa Ermənistana hər cür yardımlar etməklə yanaşı, onlara siyasi dəstək də verirdi. Rusiyadan da işğalçılara yardımlar axın edirdi. Hətta, Moskvanın müttəfiqi İran İslam Respublikasının da Ermənistana dəstək verdiyinə dair məlumatlar yayılırdı. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi orta hesabla Ermənistanın xeyrinə idi.
Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi. Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.
Qarabağa yerləşdirilən ermənilər gəldikləri kimi özlərinə məxsus olmayan yerlərdən çıxarılırlar. Bu müharibədə çoxlu sayda itki oldu. İllər uzunu erməniləri Azərbaycana və Türkiyəyə qarşı körükləyənlər, işğalçını cinayət əməllərinə görə tənbeh etməyib başını sığallayanlar Ermənistanın məğlubiyyəti ilə yanaşı, tökülən qanlara və başqa cinayətlərə şərikdir. Yerevanda isə siyasi gərginlik artır. Müxalifət mövcud vəziyyəti hakimiyyət dəyişikliyi ilə yekunlaşdırmaq istəyir… Döyüşdə təslim olan Nikolu və komandasını Ermənistanda rusiyayönlü müxalifətlə mübarizə gözləyir…
Azərbaycan 44 günlük müharibədə bölgədə yeni şərait yaratdı. Ermənistan danışıqlar yolu ilə çıxmaq istəmədiyi işğal etdiyi torpaqlardan hərb yolu ilə qovuldu. Bundan başqa, düşmən ordusu darmadağın edildi. Ermənistana 2 milyard ABŞ dollarından artıq məbləğdə ziyan vuruldu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
Diqqətin ABŞ-da kimin prezident olmasına deyil, ştatların dövlət siyasətinə yönəldilməsi daha məqsədəuyğundur. Çünki bu ölkədə dövləti sistem idarə edir, prezident bu sistemin təmsilçisi və sözçüsüdür. ABŞ-ın Cənub Qafqaz üzrə maraqları çətin dəyişə. Qarabağın işğaldan azad olunması isə ABŞ-ın məsuliyyətini azaldacaq...
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...