ABŞ Prezidentinin məktubu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətdir. Məktub bir daha sübut edir ki, Azərbaycan dünya siyasətinin mühüm, o cümlədən enerji təhlükəsizliyi kimi məsələlərində vacib tərəfdaşdır.
Müəllif: Sədrəddin İsmayılov
Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərin təhlükəsizliyi və suverenliyini fərqli şəkildə gündəliyə çıxarıb. Bu savaşdan əvvəl Avropa dövlətləri də daxil olmaqla silahlı münaqişələrdən uzaq olan ölkələr təhlükəsizlik kimi məsələlərə indiki qədər həssas və ehtiyatla yanaşmırdılar. Ancaq Rusiyanın radikal davranışından sonra yaxın və uzaqlığından asılı olmayaraq, hər bir dövlət bu istiqamətdə addımlar atmağa başlayıb. Bəziləri ərzaq ehtiyatı toplayır, silah və hərbi texnika alır, kimisi müttəfiqləri ilə təlimlər keçirir, bir sıra dövlətlər isə Rusiyanı neytrallaşdırmaq üçün onunla yaxın olduğunu göstərmək istəyir. Bəzi dövlətlər də öz təhlükəsizliyi və suverenliyini NATO-ya, hərbi-siyasi bloka daxil olmaqla təmin etmək istəyir.
Son iki ayda "Taliban" silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirib. Bəs qruplaşmanın belə uğur əldə etməsi nə ilə əlaqədardır? ABŞ, Rusiya, İran və başqa dövlətlərin, BMT-nin terrorçu kimi tanıdığı bir təşkilata belə hörmət və etibar haradan yaranıb? "Taliban"ı Əfqanıstanda yenidən hakimiyyətə gətirirlər? ABŞ başda olmaqla NATO ilə onlara qarşı fəaliyyət göstərmiş Əfqanıstan vətəndaşları və ya hökumət adamlarının aqibəti necə olacaq? "Taliban" Əfqanıstandakı milli məsələni həll edəcək? Bu qruplaşma ölkədə narkotik maddələrin becərilməsinin qarşısını ala biləcək? Əfqanıstanı düşdüyü bataqlıqdan xilas edəcək? "Taliban" vətəndaş həmrəyliyi və vətəndaş birliyi yaradacaq? və s. suallar yaranıb.
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Onun Rusiya prezidenti Vladimir Putinlə, əsasən, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəyinə dair xəbərlər yayılıb. Bununla belə iki liderin müzakirə edəcəyi məsələ detalları ilə ictimaiyyətə bəlli olmur.
Fondun Ermənistanda geniş fəaliyyəti hər kəsə məlumdur. Sorosun maliyyələşdirdiyi deputatlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyinin sponsorunun Açıq Cəmiyyət İnstitutu olduğu ehtimalı gündən-günə özünü təsdiqləyir. Onun maliyyəsi hesabına Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq demokratiya adı altında ölkədə avtoritar rejim yaradır.
ABŞ dünyanın supergücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif, illüziya imiş.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün kritik bir dövrdə Türkiyəyə səfər edib. O, aprelin 10-da baş tutan və səfər zamanı keçirilən 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün təmin olunması və toxunulmazlığı onlar üçün başlıca prinsiplərdəndir.
Aprel döyüşlərinin başlamasından 5 il ötür. Döyüşlər niyə başladı? Hadisədən bir müddət əvvəl Ermənistan rəsmiləri Azərbaycana və Türkiyəyə qarşı ənənəvi hədələmə ritorikası ilə çıxış edirdi. Ölkənin o vaxtkı prezidenti Serj Sarqsyan erməni gəncləri ilə görüşdə Türkiyəyə qarşı ittiham irəli sürmüşdü, 1915-ci ilin aprelində baş verən hadisələri təhrif etmişdi. Bundan başqa, o, Qarabağın ermənilərə aid olduğunu iddia etmişdi.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...