Bakı üçün Rusiya atəşkəsin və postmüharibə dövründə regional razılaşmaların yerinə yetirilməsinin zəmanətçisidir. Odur ki, Moskva regionda gərginliyin azaldılmasına çalışmalı, sülh quruculuğu ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə töhfə verməlidir. Məsələn, Ermənistanla Azərbaycan arasında regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına. Moskvanın Ermənistan ordusunu modernləşdirməsi və bu ölkəyə hərbi yüklər göndərməsi kimi addımları Bakının narahatlığına səbəb olur. Bu, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyi haqda da çoxlu suallar yaradır.
Müəllif: Vasif Hüseynov
Ermənilərlə azərbaycanlılar arasında Sovet İttifaqı dağıldıqdan sonra baş vermiş Birinci Qarabağ müharibəsi, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı çox faciələr yaşanıb. Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə iddiası nəticəsində meydana gəlmiş münaqişə nəticəsində hər iki tərəfdən minlərlə şəxs həyatını itirib. Amma 1992-ci il fevralın 26-na keçən gecə 7 min insanın yaşadığı Xocalı şəhərində 600-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi iki ölkə arasındakı münaqişənin ən qanlı səhifəsidir.
Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması, azərbaycanlı rəsmilərin münaqişənin həll olunduğunu elan etməsi və Yerevanın iki ölkə arasındakı sərhədin Sovet dövründəki kimi bərpasına razılığı ümidlər yaradır. Ümid edək ki, tərəflər uzun illərdir davam edən düşmənçiliyə son qoyacaq, blokadanı aradan qaldıracaq, diplomatik, maliyyə əlaqələrini, həmçinin cəmiyyətlər arasında münasibətləri bərpa edəcək, Qafqazda sülhün bərqərar olmasında aparıcı rol oynayacaq.
Azərbaycanın müharibədən sonrakı planlarında Ermənistanın dağıtdığı və təhqir etdiyi mədəni-dini abidələrin bərpası xüsusi yer tutur. Azərbaycanlılar Qarabağ regionundakı tarixi məscidlərinin son 30 ildə donuz damına çevrilməsini böyük hiddətlə qarşılayıblar. Bu məsələdə azərbaycanlıları Qarabağ regionunda faktaraşdırıcı missiya ilə məşğul olmuş beynəlxalq vasitəçilər – Fransa, Rusiya və ABŞ-ın fəaliyyəti də məyus edib. Çünki onlar regiondakı dini abidələrin vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmayıblar.
Bakıda hesab edirlər ki, Yerevan əslində, sülh danışıqlarından sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə nəzarəti gücləndirməyə çalışır. Başqa sözlə, Ermənistan danışıqlar prosesini uzun müddətdir davam edən münaqişənin həlli, regionda qan tökülməsinin qarşısının alınması vasitəsi saymır. Azərbaycan isə danışıqlar prosesinin canlandırılması, iyul toqquşmasından sonra yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün Minsk qrupunun geniş formatda görüşünü təklif edir. Bakıda hesab edirlər ki, bu görüşdə təkcə qurumun həmsədrləri deyil, həm də Minsk qrupuna daxil olan 11 ölkə iştirak etməlidir. Lakin Yerevan danışıqların davam etdirilməsi üçün 7 şərt irəli sürüb. Bu isə prosesi daha da çətinləşdirib.
Paşinyanın 2019-cu ilin avqustunda səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın populizmi ən yüksək səviyyədə qəbul etdiyinin ilk əsas təzahürü idi. Məsələ ondadır ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın işğal altındakı ərazilərinə Yerevanın nəzarət etdiyi haqda fikirləri inkar edirdi. Paşinyan sözügedən bəyanatı ilə əslidə, keçmiş rəhbərliyin ənənəvi siyasətindən imtina edib. Onun bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Ermənistanla Azərbaycan arasındakı danışıqların əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya – ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən kəskin tənqid olunub. Amma bütün bunlar Paşinyanı Dağlıq Qarabağ münaqişəsində populizmin yolverilməzliyinə inandıra bilməyib.
Ermənistanla Azərbaycan arasında sonuncuya məxsus Dağlıq Qarabağ regionunun və bitişik 7 rayonun işğal edilməsi nəticəsində yaranmış münaqişədə gərginlik artmaqdadır. Ermənistan tərəfinin ard-arda əl atdığı təxribatlar vəziyyəti daha da qəlizləşdirir. Ermənistan xarici havadarlarının hərbi dəstəyindən də ilhamlanaraq bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə açıq hücuma belə, keçib. Nəticədə iyulda tərəflər arasında Azərbaycanın Tovuz rayonu istiqamətində miqyaslı hərbi qarşıdurma baş verib. Maraqlıdır ki, bu dəfə Ermənistan ordusu hücuma işğal altındakı Qarabağ bölgəsindən xeyli uzaqda başlamışdı.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...