Azərbaycan Avropa üçün "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda, qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir.
Müəllif: Esmira Cəfərova
Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin görünən odur ki, Ermənistan Azərbaycanın düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətindəki addımlarına qarşılıq vermir. Halbuki, müharibəni bitirmiş mühüm razılaşmaların həyata keçirilməsi məhz qarşılıqlı güzəştlərdən, həqiqi səylərdən asılıdır.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyət kökündən dəyişib. Amma Qərb mətbuatının bu münaqişə ilə bağlı mövqeyi hələ də qabaqcadan hasil olunmuş yanlış qənaətə əsaslanır. Bu, müəyyən mənada dini düşüncə, müəyyən mənada isə ideoloji fərqlə bağlıdır. Qərb ölkələrindəki güclü erməni diasporu və lobbi təşkilatları münaqişənin tarixi, onun ətrafında yaşananlarla bağlı saxta hekayələr yayır.
Bu günlərdə müşahidəçilər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə onsuz da darmadağın olmuş sülh prosesində növbəti "kərpicin düşməsi"nə şahid olub. Səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın avqustun sonunda Azərbaycanın işğal altındakı ərazilərində keçirilmiş hərbi təlimlərə qatılmasıdır. Onun üzərində Azərbaycanın rəmzi olan hədəfləri nişan alması sosial şəbəkələrdə xüsusilə geniş yayılıb. Halbuki, Akopyan cəmi 2 il əvvəl əlində gül dəstəsi tutaraq, sülh çağırışı edirdi...
Bir çox politoloq hesab edir ki, Moskvanın hərbi dəstəyi olmasaydı, Yerevan Azərbaycan ərazilərini işğal altında saxlaya bilməzdi. Demək, Rusiyanın Ermənistana hərbi dəstəyinin arxasında gizli geosiyasi motivlərin dayana biləcəyini düşünən ekspertlərin fikirləri bu məqamda üstünlük qazana bilər. Digər ekspertlər isə düşünür ki, Moskva Yerevanla Bakını müharibə vəziyyətində saxlamaqla onların üzərində, nəticə etibarı ilə bütünlükdə regional məsələlərə nəzarətini davam etdirməyə çalışır. Bəzilərinə görə isə Rusiya həqiqətən neytral vasitəçidir və bu çətin münaqişədə heç kimin tərəfini tutmur.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...