Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
Türkiyənin dövlət başçısının Amerikaya səfərindən konkret nəticələr gözləyənlər az deyildi. İki ölkə arasında mövcud olan problemlər də çoxdur. Onların həll edilməsi hər iki ölkəyə faydalı olardı. Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyət qeyri-müəyyənliyini saxlamaqdadır. Türkiyənin Suriya ilə bağlı Amerika və Rusiya ilə razılaşdırdığı məqamların heç də hamısına əməl olunmadı. Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə Ankara diplomatik-siyasi fəallığını artırmalı idi. Bu kontekstdə Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri həm də strateji əhəmiyyət kəsb edirdi. Yayılan informasiyalara görə, tərəflər arasında hansı məsələlərin razılaşdırıldığı haqqında məlumatlar gizli saxlanılır. Bununla yanaşı, Donald Trampın Ərdoğana "mən sizin heyranınızam" deməsi daha çox müzakirə edilir.
Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.
Davamı...