Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin Yerevanla Bakı arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Tərəflər arasında ötən ilin sonlarında baş vermiş İkinci Qarabağ müharibəsi bu regionda geosiyasi mənzərəni dəyişib.
Müəllif: Şahmar Hacıyev
Ermənistanla Azərbaycan arasında münaqişə uzun illər Cənubi Qafqazda regional təhlükəsizlik və iqtisadi inteqrasiyaya əsas maneə olub. Ötən ilin sonunda isə tərəflər arasında genişmiqyaslı müharibə belə, baş verib. Bu məqamda xatırladaq ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illər aparılmış danışıqlar nəticə verməmiş, Ermənistanın baş naziri Nikol Paşinyanın "Madrid prinsipləri"ni şübhə altına almasından sonra isə sülh prosesi ümumiyyətlə "dalana dirənmişdi". Nəticədə Azərbaycan ərazi bütövlüyünü hərbi əməliyyat vasitəsilə bərpa etmək qərarına gəlmişdi.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...