2200 il əvvəl – miladdan öncə II əsrdə Çanqandan başlayıb Aralıq dənizinin sahillərinədək, Tire şəhərinə qədər bir karvan yolu uzanırdı. Məqsədləri Çin ipəyini (sonralar bura barıt, kompas, çap dəzgahları və o dövr üçün innovativ sayılan digər ixtiralar da əlavə olundu) Avropaya satmaq olsa da, əslində, ticarətin ilk ən genişmiqyaslı logistikasını, dəhlizini formalaşdırır, keçdikləri hər şəhərə rifah, yeni iqtisadi normalar gətirirdilər. Məmləkətimizin də aid olduğu bu nəqliyyat coğrafiyası əhatələndiyi bölgələri inkişaf etdirir, yaşayış məskənləri yaranır, əlbəttə, həm də yeni münaqişələrə səbəb olurdu.