THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Ermənistanın daxili siyasətinin dinamikası

2014-10-28 13:25:49

Cari ildə Ermənistanın daxili siyasətində yaşanan ən ciddi hadisə 3 martda baş nazir Tiqran Sarkisyanın istefa verməsi oldu. Bu istefanın səbəbi və nəticələri təxminən bir neçə ay Ermənistan siyasi mühitində və mətbuatında müxtəlif aspektlərdən müzakirə edildi. Son zamanlarda isə Ermənistan daxili siyasətində əsasən aşağıdakı problemlər müzakirə edilir: iqtisadiyyatda yaşanan tənəzzül; konstitusiya islahatı barədə referendumun təşkil edilməsi; Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması; enerji problemi.

ABŞ demokratiyası

2014-10-22 11:39:26

İkinci Dünya Müharibəsindən sonra beynəlxalq aləmdə demokratikləşmə ön plana çıxıb. Əlbəttə, demokratikləşmə qarşılıqlı olaraq dövlət-vətəndaş münasibətlərini tənzimləyən bu günə qədər tapılan ən əhəmiyyətli mexanizmdir. Bu mexanizmin dövlət sistemində, cəmiyyətdə tətbiq edilməsi isə müxtəlifdir. Dövlətlər bundan standart resept kimi istifadə etmirlər, özlərinə və cəmiyyətlərinə görə müxtəlif şəkildə dəyişirlər.

İŞİD terroru və beynəlxalq təhlükəsizlik problemləri

2014-09-29 11:01:59

Mütəxəssislər terrorun kökünün qədim zamanlara qədər gedib çıxdığı haqqında həmfikirdirlər. Zamanın şərtlərinə görə terrorun xarakteri, böyüklüyü, nəticəsi və qurban sayı fərqli olsa da, adətən məqsəd və hədəf eyni olur - qorxu və vahimə yaratmaq. Terror əsasən siyasi səbəblərə görə həyata keçirilən aktdır. Bu aktı həyata keçirən təşkilat və hədəf kütlə vardır. Mütləq surətdə bu aktları daxildən və yaxud xaricdən dəstəkləyən güclər olur. Əks təqdirdə terror aktlarının davam etmə ehtimalı demək olar ki, yoxdur. ''Soyuq müharibə'' başa çatdıqdan sonra böyük dövlətlər hegemonluqlarını davam etdirmək üçün yeni bir iddia - beynəlxalq terrorizm təhlükəsini ortaya atdılar. Bu təhlükənin əsasını isə böyük dövlətlərə görə ''İslam terroru'' təşkil edirdi.

NATO-nun Uels sammiti beynəlxalq təhlükəsizliyə təminat verirmi?

2014-09-16 14:47:23

NATO-nun Uels sammiti olduqca təlatümlü bir mərhələdə başladı. Qərbin Ukraynanı öz təsir dairəsində görmək üçün hazırladığı plan həyata keçmədi və Ukrayna daxilində ciddi böhran yaşandı. Böhran nəticəsində istefa verən Prezident Viktor Yanukoviç Rusiyaya sığındı. Ukraynada daxili siyasi böhran davam edərkən Krımda yaşayan ruslar Rusiya ilə birləşmə tələbi ilə çıxış edərək, Rusiya ilə birləşdi. Krımı özünə birləşdirən Rusiya Qərbi pat vəziyyətinə salarkən, daha sonra...

Ermənistanın iqtisadiyyatı və xarici siyasət anlayışı

2014-06-18 14:00:18

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra süqut edən iqtisadiyyatını dirçəltmək, xaricə miqrasiya problemlərini həll etmək və bölgə təhlükəsizliyini təmin edilməsi üçün qonşu dövlətlərlə əməkdaşlıq etmək yerinə, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cavahetiya bölgəsində yaşayan ermənilərin separatçılıq fəaliyyətini dəstəkləmiş və Türkiyəyə yönəlik xarici siyasətində qondarma erməni soyqırımı iddiasını ön plana çıxararaq xarici siyasət kursunda ciddi problemlərin yaşanmasına...

Dağlıq Qarabağ probleminə fərqli münasibətlər

2014-06-09 11:29:07

Son illərdə beynəlxalq hüquq tətbiq edilmə funksiyasını o qədər itirib ki, böyük dövlətlər beynəlxalq aləmdə yaşanan problemləri özləri tərəfindən yaradılan və sistemləşdirilən beynəlxalq hüquq norma və prinsipləri ilə deyil, açıq-aydın güc tətbiq edərək həll etməyə çalışırlar. Kiçik dövlətlərə gəldikdə isə, onlardan qeyd-şərtsiz beynəlxalq hüquqa riayət etmələrini tələb edirlər. Əlbəttə, böyük dövlətlərin özlərinə məxsus üstünlükləri vardır, qlobal miqyasda iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə müdaxilə bacarığı...

Ermənistanda yeni hökumət: daxili siyasətin yeni məqamları

2014-04-16 11:21:10

Son bir neçə ildə Ermənistanın daxili siyasətində ciddi dəyişikliklər olmasa da, 3 mart 2014-cü ildə baş nazir Tiqran Sarkisyanın istefa verməsi bu ənənəni pozdu. Qeyd edək ki, bu dəyişiklik müxalifət qüvvələri tərəfindən deyil, iqtidar partiyası daxilində yaşanan anlaşılmazlıqlara görə yaşandı. Tiqran Sarkisyan verdiyi bəyanatda istefa ərizəsini Prezident Serj Sarkisyana fevral ayında təqdim etdiyini və Sarkisyanın "Pensiya təminatı haqqında" qanunun Konstitusiya Məhkəməsində müzakirə edildiyini deyərək...

Xarabalıqda "Çiçəklənən Ermənistan Partiyası"

2014-03-07 11:51:39

Ermənistanın müstəqillik elan etməsindən sonra 2013-ci il daxili və xarici siyasətdə ciddi dəyişikliklərin başlanğıcı olaraq yadda qaldı. Ermənistanın Gömrük Ittifaqına üzv olması və Avrasiya Ittifaqına üzv olacağı barədə siyasi iradə nümayiş etdirməsi sadəcə ölkə daxilində deyil, xaricində də ciddi nəticələr doğuracaq mahiyyətdədir. Cari ilin 11 fevral tarixində müxalifət partiyaları – Çiçəklənən Ermənistan, Daşnaqsutyun, İrs və Erməni Milli Konqresi bir araya gələrək hökumətə etimad göstərilməməsi haqqında bəyanat vermək üçün...

Azərbaycan və Türkiyənin hərbi əməkdaşlıq və təhlükəsizlik siyasəti

2013-12-17 12:27:19

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq 1990-cı illərin əvvəllərində başlasa da, daha sonra bu əməkdaşlıq beynəlxalq aləmdə və regionda cərəyan edən təhlükəsizlik anlayışına paralel olaraq inkişaf etmədi. Son 20 ildir Cənubi Qafqazda ciddi təhlükəsizlik boşluğu yaşanır. Sovet İttifaqının dağılmasından sonra Rusiya, ABŞ, Türkiyə və İran bu boşluğu dolduracaq qədər təsirli siyasət həyata keçirə bilməmişdir. Rusiya Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması...

Keçmiş Sovet coğrafiyasında Rusiyanın təhlükəsizlik problemləri

2013-11-13 13:10:40

SSRİ-nin süqutundan sonra Rusiya öz sərhədlərinə doğru geri çəkildi. Boris Yeltsinin iqtidarda olduğu illərdə ölkə daxilində baş verən silahlı münaqişələr səbəbi ilə Rusiya keçmiş Sovet respublikalarına münasibətdə fəal siyasət həyata keçirməyə fürsət tapa bilmirdi, necə deyərlər öz hayında idi. Ölkə daxilindəki problemlər müəyyən dərəcədə həll edildikdən sonra Rusiya keçmiş Sovet respublikaları ilə bağlı siyasətində daha ciddi və sərt üsullardan istifadə etməyə başladı...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...