THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Ermənistan-Gürcüstan münasibətlərində Cavaxetiya və Abxaziya dəmir yolu problemləri

2015-01-07 12:36:39

Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv olmasından sonra onun üçün regionda və beynəlxalq aləmdə yeni nüanslar ortaya çıxıb. Belə ki, Ermənistan üzv olduğu bu qurumlarla əlaqələrini siyasi və hüquqi baxımdan tənzimləməsi üçün daxili, xarici iqtisadi və siyasi münasibətlərini yenidən formalaşdırmalıdır. Ermənistanın yuxarıda adları çəkilən qurumlara üzv olan dövlətlərin heç biri ilə sərhəddi yoxdur və bu ona bir çox problemlər yaradır. Bu baxımdan, Ermənistanın Gürcüstan ilə münasibətləri müzakirə mövzusudur. Gürcüstan Ermənistan üçün şimal tranzit nəqliyyat dəhlizi olması baxımından əhəmiyyətlidir.

Ermənistanda etnik dözümsüzlük və yezidilərin vəziyyəti

2014-12-25 19:18:07

XX əsrin əvvəllərindən etibarən əvvəlcə Daşnaksütyun hökuməti, daha sonra isə Sovet hökuməti planlı şəkildə Ermənistanda yaşayan azərbaycanlıları və digər milli azlıqları bir neçə mərhələdə deportasiya edib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib. Ermənistanın təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edildi. Bu gün Ermənistanda azərbaycanlı yaşamır. Ermənistan azərbaycanlıları deportasiya etdikdən sonra milli azlıq problemini qəti olaraq həll etdi. Digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət müsəlman kürdlərə, yezidilərə, yəhudilərə, gürcülərə və digər milli azlıqlara təzyiq edir.

Ermənistan iqtisadiyyatı: daşınan su ilə dəyirman işləməz

2014-12-24 15:43:22

Ermənistan iqtisadiyyatında son 20 ildə baş verən problemlər barəsində xüsusilə siyasəti, iqtisadiyyatı və Ermənistanı bilən mütəxəssis üçün təhlil yazmaq asandır. Siyasi və iqtisadi baxımdan istənilən paradiqmadan bu problemlərin mahiyyəti və nəticələri haqqında yazmaq olar. Bu təhlildə isə obyektivlik baxımından əvvəlcə Ermənistanın iqtisadi vəziyyəti haqqında rəsmi qurumlarının və müstəqil beynəlxalq təşkilatların verdiyi göstəricilər ələ alınmış, sonra problemlərin ortaya çıxmasının səbəbləri təhlil edilmişdir.

Geosiyasi böhran şəraitində Türkiyə-Rusiya münasibətləri

2014-12-17 13:20:05

Qərb mətbuatı Putinin Türkiyə səfərini Qərbə qarşı yönəlmiş ittifaq kimi dəyərləndirsə də, bu əməkdaşlığın Qərbə yönəlməsi ilə bağlı iddialar şübhə doğurur. Tərəflər əməkdaşlıq imkanlarından istifadə edir. Hər nə qədər tərəflərin əməkdaşlığı Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi zamana təsadüf etsə də, bu, əməkdaşlıq fürsətlərinin dəyərləndirilməsidir. Bəzən dövlətlər əməkdaşlıq imkanlarını "problemli vaxtlarında" daha aydın görür və bundan istifadə edirlər. Bütün hallarda Putinin Türkiyəyə səfəri zamanı verdiyi bəyanatlar, imzalanan müqavilələr tərəflər arasında əməkdaşlığı bir addım daha irəli aparacaq və Qərb mətbuatı tərəfindən uzun zaman müzakirə ediləcəkdir. Rusiya sanksiyaların təsirini yüngülləşdirməyə, Türkiyə isə bu günə qədər həll edə bilmədiyi bir neçə strateji problemlərini həll etməyə imkan tapa bilər.

Qərb-Rusiya qarşıdurmasında Ukrayna amili – İkinci hissə

2014-12-05 13:29:04

Son zamanlarda Qərb dünyası ilə Rusiya arasında Ukrayna uğrunda mübarizə gərginləşərkən, Ukrayna hökuməti ABŞ və Avropa dövlətlərinin təlqini ilə Avropa İttifaqı ilə münasibətlərini daha da genişləndirmək siyasi xəttini həyata keçirməyə başladı. Ancaq bu zaman paralel olaraq Rusiyanın təzyiqlərini daha yaxından hiss etməyə başladı. Ukrayna hökuməti daha sonra Avropa İttifaqı ilə münasibətlərində məsafə saxlayaraq Rusiya ilə münasibətlərini inkişaf etdirməyə cəhd etdi. Bu çərçivədə Ukrayna hökuməti Avropa İttifaqı ilə Vilnüs Zirvə görüşündən əvvəl Assosiativ sazişi imzalamaqdan imtina etdi. Bir gün sonra isə 22 oktyabrda müxalif Batkivşina hərəkatı lideri Aleksandr Yatsenyuk digər müxalif qüvvələrlə birlikdə mitinqlərə başladı və bununla da Maydan hərəkatının bünövrəsi qoyuldu. Yatsenyuk Avropa dəyərlərinə qarşılıq Viktor Yanukoviçin 20 milyard dollara Rusiyaya satıldığını iddia edirdi.

Qərb-Rusiya qarşıdurmasında Ukrayna amili – Birinci hissə

2014-12-04 12:33:47

Qərb dünyası-Rusiya qarşıdurması 2000-ci illərin sonlarına qədər əsasən Şərqi Avropada cərəyan etsə də, bu tarixdən sonra Qərb dünyası post-sovet coğrafiyasında möhkəmlənmək üçün müəyyən təşəbbüs göstərdi. ''Şərq Tərəfdaşlığı'' və NATO-nun ''Sülh Naminə Tərəfdaşlıq'' proqramları və digər proqramlar çərçivəsində post-sovet dövlətləri ilə münasibətlərini genişləndirməyə və bu ölkələrin Avropaya inteqrasiya etmələrinə dəstək verdi. Ukrayna Qərb dünyası üçün genişlənmə, Rusiya üçün isə Qərb dünyasının Rusiya sərhədlərinə doğru yaxınlaşmasının qarşısını ala biləcəyi mübarizə meydanı mahiyyətindədir. Bu mübarizənin konturları xüsusilə 2013-cü ilin sonlarından daha çox hiss edilir, Ukrayna dövləti isə iki güc arasında siyasi gələcəyini təyin etməyə çalışır.

Ukraynanın siyasi gələcəyi

2014-12-03 14:02:59

Ukrayna dövləti iki amilə görə əhəmiyyətlidir. Birincisi, geosiyasi mövqeyi; ikincisi kənd təsərrüfatına əlverişli geniş torpaqlara və mineral ehtiyatlara malik olması. Əlbəttə, geosiyasi mövqeyi daha əhəmiyyətlidir. Ukrayna Rusiya üçün müdafiə siyasətində həyati əhəmiyyət kəsb edir, Moskva 480 km uzaqlıqdadır. Bu məsafə təbii əngəllər və maneəli deyil, geniş ovalıqdır və asan keçilə biləcək sahədir, müdafiəsi çətindir. Bölgədən kənar hər hansı güc Ukrayna və Qazaxıstan arasındakı bölgəyə nəzarət edərsə, bu, Rusiyanın Qafqaz siyasətinin sonu deməkdir.

NATO və Avropa İttifaqının Şərqə doğru genişlənməsi və Rusiya

2014-11-19 10:58:09

NATO-nun 3-4 aprel 2008-ci ildə keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edildi. ABŞ bu dövlətlərə dəstək verəcəyini təkrar etdi, amma Fransa və Almaniya onların təşkilata üzv qəbul edilməsinin Rusiyanı narahat edəcəyini iddia edərək, qarşı çıxdılar. Zirvə toplantısı sonunda ortaq qərar almaq mümkün oldu, Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün rəsmi prosesə başlanmasa da, önləri açıldı.

Ermənistan və terror

2014-11-14 11:50:30

Ermənistan terroristlərə dəstək verən, onları mükafatlandıran dövlətdir. Türk diplomatlarına qarşı terror aktını həyata keçirən ABŞ vətəndaşı Monte Melkonyan 1990-cı ildə Ermənistana, daha sonra isə Qarabağa gələrək Azərbaycan vətəndaılarına qarşı törədilən vəhşiliklərdə iştirak etmiş və 1993-cü ildə öldürülmüşdür; Melkonyanın yas mərasimində Ermənistan prezidenti Levon Ter-Petrosyan da iştirak etmiş, ona ölümündən sonra ''Ermənistanın Mili Qəhrəmanı'' adı verilmişdir.

Qərb və Rusiya arasında geosiyasi mübarizənin yeni mərhələsi

2014-11-04 13:30:34

Rusiya təxminən 400 ildir bu günkü Ukrayna ərazisinə nəzarət edir. Son zamanlarda Rusiya və Ukrayna arasında yaşanan problemlər iki dövlətin bir-birilərinə düşmən olmasından daha çox, ABŞ, NATO və Avropa İttifaqının Rusiyaya yönəlik "Anakonda taktikası"nı həyata keçirməsinin nəticəsidir. "Anakonda taktikası"nı General George Brinton McClellan tərəfindən ilk dəfə ABŞ-da vətəndaş müharibəsində (1861-1865-ci illər) tətbiq edilmişdir. Bu taktikanın məqsədi geosiyasi düşməni zəiflətmək üçün onun dənizlərə, okeanlara, müttəfiqlərinə və təbii sərvətlərə çıxış yollarını bağlamaqdır. Beləliklə, bunu bacaran tərəf geosiyasi mövqeyini nə qədər gücləndirərsə, qarşı tərəfin geosiyasi mövqeyi də o qədər zəifləyəcəkdir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...