THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir

2016-04-04 15:05:04

Almaniyada fəaliyyət göstərən "Bonn International Center for Conversion" (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index" məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışında Ermənistan üç ildir ki, liderlik edir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərb çi sayı, Ümum Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınmışdır. 2007-2009-cu illərdə Ermənistan dünya üzrə silahlanma yarışında 8-ci yerdə, 2012-2014-cü illərdə 4-cü yerdə, 2013-cü ildə isə 3-cü yerdə olmuşdur.

Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi

2016-03-17 15:55:41

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər qonşu dövlətlərə münasibətdə militarist siyasət həyata keçirmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatist tələblərini dəstəkləmiş və Türkiyənin şərq əyalətlərini erməni torpağı kimi göstərərək geri verilməsini tələb etmişdir. Cənubi Qafqaz dövlətlərinin siyasi tarixinə nəzər yetirdikdə, XX əsrin əvvəllərində birinci Ermənistan Respublikasının bənzər militarist siyasət həyata keçirdiyi məlum olur. Bir baxıma Ermənistanın bugünkü addımları həmin siyasətin eynisidir. Ermənistan son 100 ildir bölgə təhlükəsizliyi üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.

Ermənistanın demoqrafik problemləri

2016-03-03 12:43:31

Ermənistan müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərini bu günə qədər həll edə bilməyib. Bir digər təhlükəli olan demoqrafik problemi bütün ciddiyyəti ilə hələ də özünü göstərir və mənfi tendensiya olaraq qalmaqda davam edir. 2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə 3 milyon 18 min olan Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.

Ermənistanda referendumdan sonra yeni mərhələ: koalisiya hökumətinə doğru

2016-03-01 14:02:28

Son bir neçə ildə Ermənistanda konstitusiya dəyişikliyi məsələsi müzakirə edilirdi və nəhayət, 2015-ci il dekabrın 6-da konstitusiya islahatı barədə referendum keçirildi. Referendumun məqsədi Ermənistanda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçməyi təmin etmək idi. Referendumdan sonra Ermənistan iqtidarının qarşısında duran ən əhəmiyyətli məsələ 2017-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl koalisiya hökumətini qurmaq olmuşdur. Qeyd edək ki, bu, Ermənistanın siyasi həyatında ilk dəfədir ki, parlament seçkilərindən sonra deyil, əvvəl qurulması ehtimal edilən ilk koalisiya hökuməti ola bilər. Belə ki, bu günə qədər Ermənistanda parlament seçkiləri arasında koalisiya hökuməti qurulmayıb.

Geosiyasi dəyişiklik şəraitində Türkiyə-Rusiya böhranı

2016-02-15 13:35:35

Rusiya ilə Türkiyə arasında böhranın başladığı gündən bu günə qədər olan dövrdə Rusiya dövlət rəsmilərinin Türkiyəyə qarşı bəyanatlarına diqqət etdikdə, iqtisadi və siyasi sanksiyaları qaneedici hesab etmədiklərini, Türkiyəyə qarşı daha ciddi və hiss edilə bilən zərbə vurmağı planlaşdırdıqlarını ehtimal etmək olar. PKK və HDP ilə əməkdaşlıq belə Rusiyanın siyasi və hərbi elitasını qane etmir. Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Türkiyə ilə yaşanan böhran məsələsinə toxunaraq olduqca açıq və sərt bir dildə NATO-nun Rusiyanın Türkiyəyə qarşı qanadlı raketlərdən mümkün istifadəsinə cavab verəcəyi təqdirdə, Baltikyanı dövlətləri ələ keçirəcəklərini vurğulayıb.

Minsk qrupu vasitəçidirmi?

2016-02-10 14:40:27

Beynəlxalq praktikaya uyğun olaraq dövlətlər işğal faktı, etnik problemlər, sərhəd problemləri və digər məsələlər barədə razılaşma əldə edə bilmədiyi təqdirdə, məsələyə tərəfsiz münasibəti olan bir və yaxud bir neçə dövləti problemin həlli üçün vasitəçi olaraq qəbul edə bilir. Bunun bir çox nümunələri vardır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaradılmışdır. Ancaq Minsk qrupu 20 ildən çoxdur ki, bu məsələnin sülh yolu ilə həlli üçün tərəflərə heç bir ciddi plan təklif etməyib. 1994-cü ilin may ayında atəşkəs sazişinin imzalanmasında belə Minsk qrupunun ciddi fəaliyyəti olmayıb.

Ermənistanda iqtidar uğrunda mübarizədə Sərkisyan-Çarukyan qarşıdurması

2015-02-26 13:38:32

Ermənistan Respublika Partiyasının 13 fevral 2015-ci ildə keçirilən növbəti iclasında çıxış edən Prezident və partiya sədri Serj Sərkisyan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanı ciddi şəkildə tənqid etdi: "Qaqik Çarukyan siyasətçi kimi dövlətin bəlasıdır. Bu təbiidir. Siyasi proseslərdə iştirak etməsi üçün lazım olan yetərli mexanizmə, ancaq səviyyəsiz intellektə sahib şəxs inkişafın əyləcidir... Yanlışlığı düzəltmək zəruridir. Tez, sona qədər və qətiyyətlə. Vətəndaş və iş adamı olaraq Çarukyan ilə heç bir problemim yoxdur. Amma qanunları pozmuşsa, bu istisnadır".

Ermənistan-Gürcüstan münasibətlərində Cavaxetiya və Abxaziya dəmir yolu problemləri

2015-01-07 12:36:39

Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv olmasından sonra onun üçün regionda və beynəlxalq aləmdə yeni nüanslar ortaya çıxıb. Belə ki, Ermənistan üzv olduğu bu qurumlarla əlaqələrini siyasi və hüquqi baxımdan tənzimləməsi üçün daxili, xarici iqtisadi və siyasi münasibətlərini yenidən formalaşdırmalıdır. Ermənistanın yuxarıda adları çəkilən qurumlara üzv olan dövlətlərin heç biri ilə sərhəddi yoxdur və bu ona bir çox problemlər yaradır. Bu baxımdan, Ermənistanın Gürcüstan ilə münasibətləri müzakirə mövzusudur. Gürcüstan Ermənistan üçün şimal tranzit nəqliyyat dəhlizi olması baxımından əhəmiyyətlidir.

Ermənistanda etnik dözümsüzlük və yezidilərin vəziyyəti

2014-12-25 19:18:07

XX əsrin əvvəllərindən etibarən əvvəlcə Daşnaksütyun hökuməti, daha sonra isə Sovet hökuməti planlı şəkildə Ermənistanda yaşayan azərbaycanlıları və digər milli azlıqları bir neçə mərhələdə deportasiya edib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib. Ermənistanın təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edildi. Bu gün Ermənistanda azərbaycanlı yaşamır. Ermənistan azərbaycanlıları deportasiya etdikdən sonra milli azlıq problemini qəti olaraq həll etdi. Digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət müsəlman kürdlərə, yezidilərə, yəhudilərə, gürcülərə və digər milli azlıqlara təzyiq edir.

Ermənistan iqtisadiyyatı: daşınan su ilə dəyirman işləməz

2014-12-24 15:43:22

Ermənistan iqtisadiyyatında son 20 ildə baş verən problemlər barəsində xüsusilə siyasəti, iqtisadiyyatı və Ermənistanı bilən mütəxəssis üçün təhlil yazmaq asandır. Siyasi və iqtisadi baxımdan istənilən paradiqmadan bu problemlərin mahiyyəti və nəticələri haqqında yazmaq olar. Bu təhlildə isə obyektivlik baxımından əvvəlcə Ermənistanın iqtisadi vəziyyəti haqqında rəsmi qurumlarının və müstəqil beynəlxalq təşkilatların verdiyi göstəricilər ələ alınmış, sonra problemlərin ortaya çıxmasının səbəbləri təhlil edilmişdir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...