THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Ermənistanın təhlükəsizlik problemi və yeni geosiyasi reallıqlar

2016-05-11 15:11:17

Cari ilin 2-5 aprel tarixində Ermənistanın atəşkəsi kobudcasına pozularaq işğal edilmiş Azərbaycan torpaqlarında geniş miqyaslı hərbi əməliyyatlara başlamasını və nəticədə son 22 ildir əlində saxladığı bir neçə strateji yüksəkliyi itirməsini dəyərləndirmək üçün bu ölkənin atəşkəs müqaviləsini imzalamasından sonra həyata keçirdiyi daxili, xarici və təhlükəsizlik siyasətinə nəzər salmaq zərurəti ortaya çıxır. Ermənistan atəşkəs müqaviləsini imzalayandan bu günə qədər problemin sülh yolu ilə həll edilməsi prosesində konstruktiv mövqe tutmayıb. Bu o deməkdir ki, mövcud status-kvo Ermənistanı qane edirdi.

Günümüzün geosiyasi reallıqları və "Dənizdən dənizə Ermənistan" xülyası (2-4 aprel hadisələrini düşünərkən...)

2016-04-27 15:49:34

Son zamanlarda bölgə və beynəlxalq təhlükəsizlik mühitində yaşanan qırılma nöqtələrini diqqətlə müşahidə etdikdə, bu vəziyyətin digər dondurulmuş silahlı konfliktlərə bu və yaxud digər şəkildə təsir edəcəyi əsasən bəlli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində cari ilin aprelin 2-də Ermənistanın bütün cəbhə boyu atəşkəs rejimini kobud şəkildə pozaraq irəliləmək cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Azərbaycan əks hücumla mövqelərini bir neçə istiqamətdə irəliyə doğru çəkə bildi.

Ermənistanın miqrant problemində maliyyə dəstəyi hiyləgərliyi

2016-04-15 15:58:49

Suriyadan gələn ermənilərin təxmini sayının 10 mindən çox olmasına baxmayaraq, bu rəqəmi şişirdərək 20 minə çıxaran Ermənistan Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi almağa çalışır. Təkcə Türkiyənin müxtəlif etnik, dini tərkibdə olan 2.5 milyon miqrant üçün dövlət büdcəsindən 10 milyard dollardan çox vəsait xərcləməsini diqqətə alarsaq, Ermənistanın maliyyə dəstəyi almaq üçün müxtəlif vasitələrə əl atması heç də əxlaqi bir davranış deyildir.

NATO-nun Cənubi Qafqazda əməkdaşlıq imkanları

2016-04-05 14:59:51

Dövlətlərin milli təhlükəsizlik siyasətindəki təcrübələri göstərir ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də konseptual və praktik olaraq bir dövlətə bağlı qalmaq kiçik dövlətin böyük dövlətdən asılılığını artırır. Belə hallarda kiçik dövlətin milli müstəqillik fəlsəfi anlayışı təhlükə altına düşür. Bunu təhlükəsizlik məsələsində Ermənistan-Rusiya münasibətlərində görmək mümkündür. Belə ki, Ermənistan-Rusiya münasibətləri iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən təhlil edildikdə, Rusiyanın mütləq üstünlüyü müstəvisində Ermənistanın vəziyyətini mərkəz-əyalət münasibətləri kimi xarakterizə etmək olar. Rusiyanın siyasi dairələrinin Ermənistanı "Qafqazdakı forpostumuz" adlandırması dediklərimizi bir daha təsdiq edir.

Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir

2016-04-04 15:05:04

Almaniyada fəaliyyət göstərən "Bonn International Center for Conversion" (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index" məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışında Ermənistan üç ildir ki, liderlik edir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərb çi sayı, Ümum Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınmışdır. 2007-2009-cu illərdə Ermənistan dünya üzrə silahlanma yarışında 8-ci yerdə, 2012-2014-cü illərdə 4-cü yerdə, 2013-cü ildə isə 3-cü yerdə olmuşdur.

Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi

2016-03-17 15:55:41

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər qonşu dövlətlərə münasibətdə militarist siyasət həyata keçirmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatist tələblərini dəstəkləmiş və Türkiyənin şərq əyalətlərini erməni torpağı kimi göstərərək geri verilməsini tələb etmişdir. Cənubi Qafqaz dövlətlərinin siyasi tarixinə nəzər yetirdikdə, XX əsrin əvvəllərində birinci Ermənistan Respublikasının bənzər militarist siyasət həyata keçirdiyi məlum olur. Bir baxıma Ermənistanın bugünkü addımları həmin siyasətin eynisidir. Ermənistan son 100 ildir bölgə təhlükəsizliyi üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.

Ermənistanın demoqrafik problemləri

2016-03-03 12:43:31

Ermənistan müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərini bu günə qədər həll edə bilməyib. Bir digər təhlükəli olan demoqrafik problemi bütün ciddiyyəti ilə hələ də özünü göstərir və mənfi tendensiya olaraq qalmaqda davam edir. 2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə 3 milyon 18 min olan Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.

Ermənistanda referendumdan sonra yeni mərhələ: koalisiya hökumətinə doğru

2016-03-01 14:02:28

Son bir neçə ildə Ermənistanda konstitusiya dəyişikliyi məsələsi müzakirə edilirdi və nəhayət, 2015-ci il dekabrın 6-da konstitusiya islahatı barədə referendum keçirildi. Referendumun məqsədi Ermənistanda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçməyi təmin etmək idi. Referendumdan sonra Ermənistan iqtidarının qarşısında duran ən əhəmiyyətli məsələ 2017-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl koalisiya hökumətini qurmaq olmuşdur. Qeyd edək ki, bu, Ermənistanın siyasi həyatında ilk dəfədir ki, parlament seçkilərindən sonra deyil, əvvəl qurulması ehtimal edilən ilk koalisiya hökuməti ola bilər. Belə ki, bu günə qədər Ermənistanda parlament seçkiləri arasında koalisiya hökuməti qurulmayıb.

Geosiyasi dəyişiklik şəraitində Türkiyə-Rusiya böhranı

2016-02-15 13:35:35

Rusiya ilə Türkiyə arasında böhranın başladığı gündən bu günə qədər olan dövrdə Rusiya dövlət rəsmilərinin Türkiyəyə qarşı bəyanatlarına diqqət etdikdə, iqtisadi və siyasi sanksiyaları qaneedici hesab etmədiklərini, Türkiyəyə qarşı daha ciddi və hiss edilə bilən zərbə vurmağı planlaşdırdıqlarını ehtimal etmək olar. PKK və HDP ilə əməkdaşlıq belə Rusiyanın siyasi və hərbi elitasını qane etmir. Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Türkiyə ilə yaşanan böhran məsələsinə toxunaraq olduqca açıq və sərt bir dildə NATO-nun Rusiyanın Türkiyəyə qarşı qanadlı raketlərdən mümkün istifadəsinə cavab verəcəyi təqdirdə, Baltikyanı dövlətləri ələ keçirəcəklərini vurğulayıb.

Minsk qrupu vasitəçidirmi?

2016-02-10 14:40:27

Beynəlxalq praktikaya uyğun olaraq dövlətlər işğal faktı, etnik problemlər, sərhəd problemləri və digər məsələlər barədə razılaşma əldə edə bilmədiyi təqdirdə, məsələyə tərəfsiz münasibəti olan bir və yaxud bir neçə dövləti problemin həlli üçün vasitəçi olaraq qəbul edə bilir. Bunun bir çox nümunələri vardır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaradılmışdır. Ancaq Minsk qrupu 20 ildən çoxdur ki, bu məsələnin sülh yolu ilə həlli üçün tərəflərə heç bir ciddi plan təklif etməyib. 1994-cü ilin may ayında atəşkəs sazişinin imzalanmasında belə Minsk qrupunun ciddi fəaliyyəti olmayıb.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...