THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Cenevrə görüşü: Ermənistanın dilemması və ikiüzlülüyü

2017-11-02 13:56:31

1988-ci ildə başlayan Dağlıq Qarabağ problemi 1991-ci ilin sonları – 1992-ci ilin əvvəllərində hərbi əməliyyatlar müstəvisinə keçdi və 1994-cü ilə qədər Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi; nəticədə bir milyona yaxın azərbaycanlı yaşadıqları torpaqlardan didərgin düşdü. Ermənistan rəhbərliyi və erməni xalqı Dağlıq Qarabağ müharibəsində əldə etdikləri müvəqqəti üstünlüyün eyforiyasına qapılaraq müharibədə qalib gəldiklərini zənn edirlər. Lakin müharibə qurtarmayıb sadəcə döyüşlər dayanıb, olduqca kövrək olan və konkret tarixi olmayan atəşkəs müqaviləsi çərçivəsində Azərbaycan atəşkəs rejimini qoruyub saxlamağa çalışır.

Fərdlərin terrorizmi: silah satışı və reallıqlar

2017-10-31 14:50:10

2017-ci il 2 oktyabr tarixi ABŞ üçün faciəli bir gün oldu. Las-Veqas şəhərində 64 yaşlı Stiven Paddok qaldığı otelin pəncərəsindən Mandalay Bay kazinosunun yaxınlığında keçirilən kantri festivalında iştirak edən 20 min nəfərə avtomatik silahdan atəş açaraq azı 58 nəfərin ölümünə, 527 nəfərin müxtəlif dərəcədə yaralanmasına səbəb olmuşdur. Bu, ABŞ tarixində bir nəfərin həyata keçirdiyi terror nəticəsində ən çox itki verilən hadisədir. Polis əməliyyat keçirmədən əvvəl Paddok qaldığı otel nömrəsində intihar edib.

Ermənistan-NATO münasibətləri: bir addım irəli, iki addım geri

2017-10-23 15:45:20

ABŞ Ermənistanı NATO ilə əməkdaşlığa həvəsləndirmək istəsə də, bölgənin siyasi və təhlükəsizlik reallığı tamamən fərqlidir. ABŞ-dan fərqli olaraq Rusiya bölgəyə təsir etmək üçün daha ciddi mexanizmlərə sahibdir və uyğun şərait yetişdiyində bundan istifadə etməkdən çəkinmir. ABŞ hökuməti bir neçə ay bundan əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollardan çox sərmayə qoya biləcəklərini bildirsə də, Ermənistan hökuməti rəsmi olaraq bu təklifə cavab vermədi. Son zamanlarda ABŞ hökumətinin Ermənistan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək təşəbbüsü İrəvan tərəfindən məmnunluqla qarşılanmır. İrəvan rəsmiləri Rusiyaya rəğmən ABŞ hökumətinin təkliflərini diqqətə alacaqları zaman bir sıra dinamiklərin dəyişəcəyindən əmindirlər.

Tarixi etiraf – Eduard Şarmazanov: Ermənistan təhlükəsizliyini tam olaraq təmin etməyə qadir deyil

2017-10-20 15:22:35

Bu ifadəni Ermənistan parlamentinin sədrinin müavini Eduard Şarmazanov Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması haqqında müqavilə parlamentdə ratifikasiya olunarkən işlədib. Xarab olmuş saat belə gündə iki dəfə vaxtı doğru göstərir. Şarmazanov hər zaman doğru danışmasa da, nadirən də olsa ya cəhalətdən, ya da dəlalətdən doğru danışır. Bu da o nadir doğrulardan biridir. Bu o deməkdir ki, erməni siyasətçilər normal halda doğru danışa bilmirlər. Onların doğru danışmaları üçün saat kimi xarab olmaları şərtdir.

Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"

2017-10-11 15:08:20

Dövlətlərin dil siyasəti olur. Adətən qurucu millətin dili dövlətin rəsmi dili olur. Bəzi hallarda ikinci böyük millətin dili də rəsmi status alır, amma bu, daha çox Avropa qitəsində müşahidə edilir. Amma yenə də post-sovet coğrafiyasında müstəqillik sonrası belə hala rast gəlinir. Ermənistanın da dil siyasəti var. Məsələn, Ermənistan Konstitusiyasının 20-ci maddəsində "Ermənistan Respublikasında dövlət dili erməni dilidir", deyə qeyd edilmişdir. Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanmış, erməni dilində tədrisə keçilmişdir.

Ermənistanın uğursuz seçimi və bataqlığa gedən yol

2017-09-28 15:28:48

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra daxili, xarici, iqtisadi və təhlükəsizlik siyasətində "yumurtaların hamısını eyni səbətə yığıb." Son 25 ildə bu strateji yanlışlığından qurtulmağa bir neçə dəfə cəhd etsə də, heç bir cəhdi uğurla nəticələnməyib, əksinə, hər keçən gün bataqlığa bir az daha yaxınlaşır. Bu yöndə ilk təşəbbüsü Ermənistanın prezidenti Levon Ter-Petrosyan göstərdi, amma elə öz komandasındakı fikir ayrılığına və xarici təzyiqlərə görə istefa etməyə məcbur oldu. İkinci təşəbbüs Karen Dəmirçiyan tərəfindən ortaya atıldı, 27 oktyabr 1997-ci ildə terrorist Nairi Unanyan liderliyində silahlı qrup parlamentə hücum edərək Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı və 6 nəfəri öldürdü.

Erməninin yəhudini aldatmaq təşəbbüsü

2017-09-22 15:35:50

Azərbaycanın İsrail ilə dostluq əlaqələri, siyasi, iqtisadi, hərbi təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi Ermənistanı olduqca narahat edir. Xüsusilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan rəhbərliyini paranoya vəziyyətinə salıb. Azərbaycan-İsrail adının yan-yana gəlməsi belə onların ruh halına pis təsir edir, qırımızı rəng görən öküz kimi özlərindən çıxır, hədyan danışaraq və yalan uyduraraq həm daxili ictimai rəyi, həm də özlərini aldatmağa çalışırlar. Nədir bu paranoya? Nə zamandan və niyə başladı?

2018-ci il: Ermənistanda "X" günü

2017-08-07 16:29:50

Ermənistanda son zamanlarda həyata keçirilən bütün siyasi islahatlar, gediş və taktikalar 2018-ci ildə Prezident Serj Sərkisyanın hakimiyyətdə qalmasına indekslənib. Amma bu prosessdə ciddi "sualtı qayalar" var və Sərkisyan kəskin manevrlər etmək məcburiyyətində qalır. Son iki ildə Ermənistanın daxili siyasətini silkələyən, gələcəkdəki siyasi mexanizmləri formalaşdıran iki hadisə baş verdi.

Ermənistan: şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma

2017-07-31 17:13:58

Ermənistan coğrafi olaraq şərqdə yerləşən bir dövlətdir. Son 25 ildir xarici siyasətinin bütün sahələrində Rusiya amili şərtləndiricidr. Bir anlıq Rusiyanın yox olduğunu düşünsək Ermənistanın halı necə olar? Ermənistan kimə güvənər, kimə etibar edər, təhlükəsizliyini kim təmin edər? Belə bir təxəyyülün gerçəkləşməsi Ermənistan üçün əsl faciə olardı. Ermənistan öz torpağında Rusiyanın yerləşdirdiyi 102-ci hərbi bazasının maliyyə xərclərinin 62 faizini könüllü olaraq qarşılayır. Ermənistan Rusiya ilə Birləşmiş ordu qruplaşmasının qurulması haqqında müqavilə imzalayır və bu qruplaşmanın komandanlığını yenə də könüllü olaraq Rusiyaya verir. Ermənistan Rusiyadan aldığı kreditlə silah alır və bu krediti faiziylə birlikdə geri ödəyir.

Ermənistanın xarici siyasətinin psixologiyası

2017-07-25 16:14:54

Xarici siyasətin formalaşmasında millətlərin psixologiyası da əhəmiyyətli rol oynayır. Dövlətlərin istər iqtisadi, istərsə də siyasi və təhlükəsizlik siyasəti dəyərləndirilərkən psixoloji amil diqqətə alınmalıdır. Xarici siyasət insanlar tərəfindən formalaşdırıldığı üçün istər-istəməz onların psixologiyasi, ruh halı, məntiqi, dünyagörüşü bu və yaxud digər şəkildə xarici siyasətdə öz yerini alır və büruzə verir. Ermənistanın xarici siyasəti on ildir ki, Prezident Serj Sərkisyan və komandası tərəfindən formalaşdırılır. Bəzən komandasını dəyişsə də xarici siyasətin onurğasını Sərkisyanın baxışları təşkil edir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...