THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Hatəm Cabbarlı

Hər üç vətəndaşından biri yoxsul olan Ermənistan

2018-01-11 22:48:28

Dünya Bankının reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yerdədir. Ötən ildə Ermənistanın ÜDM-i 10 milyard 547 milyon dollar olub. Ermənistan Dövlət Statistika Xidmətinin mlumatına görə 2017-ci ilin may ayına görə dövlət borcu 6 milyard 95 milyon dollardır. Bu rəqəmin 4 milyard 373.3 milyonu xarici borcun, 1 milyard 170.6 milyonu daxili borcun payına düşür. "Transparency International"ın korrupsiya reytinqinə görə 2016-cı ildə Ermənistan 33 balla 113-cü yerdədir.

Ermənisiz Ermənistan

2017-12-20 00:11:40

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra əhalisi azalır. 1994-cü ilə qədər əhalinin ölkəni tərk etməsinin ən əhəmiyyətli səbəblərindən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olmuşdur. Belə ki, müharibəyə getməmək üçün gənc və əmək qabiliyyəti olan insanlar (xüsusilə kişilər) ölkəni tərk edib. 1994-cü ildən sonra isə köçün əsas səbəbləri hökumətin iqtisadi və sosial problemləri həll edə bilməməsi, işsizlik, hələ sovet dövründə inşa edilən fabrik və zavodların fəaliyyətini dayandırması, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müzakirələrdə konstruktiv mövqe tutmaması və ölkədəki antidemokratik idarə sistemi olmuşdur.

Edvard Nalbandyanın "nalbəndlik" həvəsi

2017-12-04 13:53:00

Ermənistanın XİN rəhbərinin soyadı türkcədir – Nalbandyan, yəni nalbənd. Burada, əlbəttə, təəcüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s. Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib. Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir.

Ermənistan KİV-də Bakı-Tblisi-Qars dəmir yolu sərsəmliyi

2017-11-15 15:40:01

Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox beynəlxalq əhəmiyyətli layihələrin – Bakı-Tblisi-Ceyhan, Bakı-Supsa neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin həyata keçirilməsində iştirak etmişdir. BTQ də bu kimi strateji layihələrdən biridir və nəqliyyat sahəsində bölgədə bu günə qədər həyata keçirilən ən böyük və uğurlu layihədir. BTQ sadəcə bölgə üçün deyil, eyni zamanda beynəlxalq nəqliyyat üçün yeni, əlverişli imkanlara sahibdir. Əlbəttə, belə bir möhtəşəm nəqliyyat layihəsinin həyata keçirlməsi qarşısında bəzi siyasi maneələrin olmasına baxmayaraq, Azərbaycan bu layihəni tamamladı və özünün milli maraqlarına xidmət edən müstəqil bir dövlət olduğunu bir daha təsdiqlədi. Bu layihəyə qarşı çıxan, onun rentabelli olmadığını iddia edən dövlətlərdən biri də Ermənistan idi.

Cenevrə görüşü: Ermənistanın dilemması və ikiüzlülüyü

2017-11-02 13:56:31

1988-ci ildə başlayan Dağlıq Qarabağ problemi 1991-ci ilin sonları – 1992-ci ilin əvvəllərində hərbi əməliyyatlar müstəvisinə keçdi və 1994-cü ilə qədər Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi; nəticədə bir milyona yaxın azərbaycanlı yaşadıqları torpaqlardan didərgin düşdü. Ermənistan rəhbərliyi və erməni xalqı Dağlıq Qarabağ müharibəsində əldə etdikləri müvəqqəti üstünlüyün eyforiyasına qapılaraq müharibədə qalib gəldiklərini zənn edirlər. Lakin müharibə qurtarmayıb sadəcə döyüşlər dayanıb, olduqca kövrək olan və konkret tarixi olmayan atəşkəs müqaviləsi çərçivəsində Azərbaycan atəşkəs rejimini qoruyub saxlamağa çalışır.

Fərdlərin terrorizmi: silah satışı və reallıqlar

2017-10-31 14:50:10

2017-ci il 2 oktyabr tarixi ABŞ üçün faciəli bir gün oldu. Las-Veqas şəhərində 64 yaşlı Stiven Paddok qaldığı otelin pəncərəsindən Mandalay Bay kazinosunun yaxınlığında keçirilən kantri festivalında iştirak edən 20 min nəfərə avtomatik silahdan atəş açaraq azı 58 nəfərin ölümünə, 527 nəfərin müxtəlif dərəcədə yaralanmasına səbəb olmuşdur. Bu, ABŞ tarixində bir nəfərin həyata keçirdiyi terror nəticəsində ən çox itki verilən hadisədir. Polis əməliyyat keçirmədən əvvəl Paddok qaldığı otel nömrəsində intihar edib.

Ermənistan-NATO münasibətləri: bir addım irəli, iki addım geri

2017-10-23 15:45:20

ABŞ Ermənistanı NATO ilə əməkdaşlığa həvəsləndirmək istəsə də, bölgənin siyasi və təhlükəsizlik reallığı tamamən fərqlidir. ABŞ-dan fərqli olaraq Rusiya bölgəyə təsir etmək üçün daha ciddi mexanizmlərə sahibdir və uyğun şərait yetişdiyində bundan istifadə etməkdən çəkinmir. ABŞ hökuməti bir neçə ay bundan əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollardan çox sərmayə qoya biləcəklərini bildirsə də, Ermənistan hökuməti rəsmi olaraq bu təklifə cavab vermədi. Son zamanlarda ABŞ hökumətinin Ermənistan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək təşəbbüsü İrəvan tərəfindən məmnunluqla qarşılanmır. İrəvan rəsmiləri Rusiyaya rəğmən ABŞ hökumətinin təkliflərini diqqətə alacaqları zaman bir sıra dinamiklərin dəyişəcəyindən əmindirlər.

Tarixi etiraf – Eduard Şarmazanov: Ermənistan təhlükəsizliyini tam olaraq təmin etməyə qadir deyil

2017-10-20 15:22:35

Bu ifadəni Ermənistan parlamentinin sədrinin müavini Eduard Şarmazanov Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması haqqında müqavilə parlamentdə ratifikasiya olunarkən işlədib. Xarab olmuş saat belə gündə iki dəfə vaxtı doğru göstərir. Şarmazanov hər zaman doğru danışmasa da, nadirən də olsa ya cəhalətdən, ya da dəlalətdən doğru danışır. Bu da o nadir doğrulardan biridir. Bu o deməkdir ki, erməni siyasətçilər normal halda doğru danışa bilmirlər. Onların doğru danışmaları üçün saat kimi xarab olmaları şərtdir.

Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"

2017-10-11 15:08:20

Dövlətlərin dil siyasəti olur. Adətən qurucu millətin dili dövlətin rəsmi dili olur. Bəzi hallarda ikinci böyük millətin dili də rəsmi status alır, amma bu, daha çox Avropa qitəsində müşahidə edilir. Amma yenə də post-sovet coğrafiyasında müstəqillik sonrası belə hala rast gəlinir. Ermənistanın da dil siyasəti var. Məsələn, Ermənistan Konstitusiyasının 20-ci maddəsində "Ermənistan Respublikasında dövlət dili erməni dilidir", deyə qeyd edilmişdir. Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanmış, erməni dilində tədrisə keçilmişdir.

Ermənistanın uğursuz seçimi və bataqlığa gedən yol

2017-09-28 15:28:48

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra daxili, xarici, iqtisadi və təhlükəsizlik siyasətində "yumurtaların hamısını eyni səbətə yığıb." Son 25 ildə bu strateji yanlışlığından qurtulmağa bir neçə dəfə cəhd etsə də, heç bir cəhdi uğurla nəticələnməyib, əksinə, hər keçən gün bataqlığa bir az daha yaxınlaşır. Bu yöndə ilk təşəbbüsü Ermənistanın prezidenti Levon Ter-Petrosyan göstərdi, amma elə öz komandasındakı fikir ayrılığına və xarici təzyiqlərə görə istefa etməyə məcbur oldu. İkinci təşəbbüs Karen Dəmirçiyan tərəfindən ortaya atıldı, 27 oktyabr 1997-ci ildə terrorist Nairi Unanyan liderliyində silahlı qrup parlamentə hücum edərək Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı və 6 nəfəri öldürdü.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...