Birinci Dünya müharibəsi dövründə ermənilərin Şərqi Anadoluda dövlət yaratmaq niyyətlərinin reallaşmamasından sonra onlar azərbaycanlıların əsl köklü xalq olduğu İrəvan xanlığı və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyalarını təbliğ etməyə başlamışdılar. 1828-ci ildən başlayaraq 1988-ci ilə qədər davam edən 160 il müddətində ermənilər həm Çar Rusiyası dövründə, həm daşnak hakimiyyətinin iki ili, həm də Sovet dövlətinin 70 ili ərzində Azərbaycan xalqına qarşı, eyni ardıcıllıqla, eyni qəddarlıqla fəlakət, faciə və sözün əsl mənasında genosid siyasəti yeritmişlər. 1917-ci il bolşevik inqilabından sonra Rusiyada baş verən vətəndaş müharibəsi, digər tərəfdən Cənubi Qafqazda və başqa ərazilərdə genişlənən milli azadlıq hərəkatları ideoloji və hərbi cəhətdən təşkilatlanmış ermənilər üçün əsl fürsətə çevrildi.