Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma "Artsax"la birgə təlimlər keçirildiyi bildirilib. Bu "miqyaslı" təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı. Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.