THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Vahid Ömərov

Keşikçidağ abidəsi ətrafındakı mübahisələr dost münasibətlərini pozmamalıdır

2019-04-30 01:22:34

Keşikçidağ məbədi (gürcülər isə onu David Qareci məbədi adlandırırlar) – Azərbaycan Respublikasının Gürcüstanla sərhədində yerləşən qədim alban məbədidir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü tarixçiləri arasında mübahisə indi də davam etməkdədir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü siyasətçiləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Çeçenlərin və baskların "erməni mənşəli" olması haqqında əsassız erməni iddiaları

2018-11-21 00:05:09

Ermənilər bütün qonşu ölkələrə – Azərbaycana, Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə, Ukraynaya, Moldovaya əsasız ərazi iddiaları irəli sürməklə, özgə mədəniyyətlərini oğurlayıb öz adlarına cıxmaqla kifayətlənməyib, indi də əksər millətlərin "erməni mənşəli" olması haqqında sərsəm fikirlər səsləndirirlər.

Abxaziyada erməni-abxaz qarşıdurması: ermənilərin qeyri-adi "mədəni muxtariyyət" və ərazi tələbləri

2018-01-16 11:26:11

XX əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq hərəkatına başçılıq edən erməni təşkilatı "Krunq" indi də BMT-nin qanunvericiliyinə əsasən Gürcüstanın ərazisi hesab olunan Abxaziyada "ermənilərin milli-mədəni muxtariyyəti"nin yaradılması ilə əlaqədar müraciət yayıbdır. Müraciətdə deyilir: "Abxaziya dünyanın kiçik, lakin çoxmillətli ölkələrindən biridir. Qədim zamanlardan erməni əhalisi Abxaz dövlətinin təşəkkülündə fəal iştirak etmişdir. Abxaziyadakı ermənilər öz qonşuları olan abxazlarla Bizans imperiyasına, ərəblərə və Türkiyəyə qarşı vuruşmuşlər. Biz ermənilər Abxaziyanın sərhədlərini Suram Kedaya qədər genişləndirmişik. Rusiya imperiyası dövründə bizim hüquqlarımız pozulmuş, əhalimizin mədəni inkişafına mane olunmuş, erməni dilində məktəblərin açılmasına qadağa qoyulmuşdu. Ona görə də burada erməni kilsələrinin tikilməsi də qeyri-mümkün olmuşdur".

Ermənilərin gürcü soyadlarını qəbul etməsi: məqsəd nədir?

2017-11-20 14:02:09

Hələ Sovet dövründə – 1956-1986-cı illərdə Gürcüstan SSR-də ermənilər kütləvi şəkildə həm şəhərlərdə, həm də kənd-kənd gürcü soyadına keçib. Bəzi müşahidəçilərin fikrincə, bu, "Böyük Ermənistan" ideyasının tərkib hissəsidir. Müstəqil Gürcüstanda 2004-cü ildə qəbul olunmuş qanuna əsasən, hər bir vətəndaş öz soyadını dəyişdirə bilər. Soyadlarının dəyişilməsinə baxmayaraq, ermənilər Gürcüstan hakimiyyətinin strukturlarına məqsədyönlü şəkildə "daxil olaraq" öz ermənilik vəzifəsini – separatçılıq, ərazi iddialarını davam etdirirlər. Ermənilərin "Böyük Ermənistan" ideyasına bütün Qafqazın erməniləşdirilməsi planı da daxildir. Onların planında Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Gürcüstanın Abxaziya, Acarıstan və Cavaxetiya ərazilərinin zəbt edilməsi də əsas yer tutur. Abxaziyaya "Ermənistanın Qara dəniz sahili" kimi baxan ermənilər abxaz separatçılarına kömək edərək, "Baqramyan batalyonu" yaradaraq gürcüləri kütləvi şəkildə məhv ediblər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...