THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Nəsibə Mirzəyeva

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir

2018-04-25 05:10:07

SSRİ hakimiyyəti dağıldıqdan sonra Gürcüstanda bir neçə yeni qəzet və televiziya kanalları fəaliyyət göstərməyə başladı. Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanı Gürcüstanda kütləvi informasiya vasitələri əsasən millətçi təbliğatı aparırdılar. Hazırda Gürcüstanda gürcüdilli KİV-dən başqa azərbaycandilli, rusdilli və ermənidilli mətbuat da fəaliyyət göstərir. Gürcüstandakı erməni icmasının yaşadıqları cəmiyyətə inteqrasiya olunması prosesinin sürətləndirilməsi məqsədilə Gürcüstanda ermənidilli mətbuat yayılmışdır.

Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?

2017-11-28 11:58:46

Bu gün regionda mədəniyyət abidələrinin kimə məxsus olması məzmununda erməni və gürcülər arasında anlaşılmazlıq mövcuddur. Belə ki, Gürcüstanda fəaliyyət göstərən ermənilər gürcülərin kilsə və monastrlarını heç bir əsas olmadan özününküləşdirməyə çalışırlar. Erməni lobbisinin burada əsas məqsədi bütün vasitələrdən istifadə etməklə gürcü kilsələrini erməni kilsələrinə çevirməkdir. Buna bariz nümunə kimi dini fəaliyyətdən daha çox siyasi istiqamətdə fəaliyyət göstərən Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğu haqqında iddiasıdır. Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artıb. Üstəlik əsassız iddialar sırasında vaxtilə ermənilər tərəfindən ələ keçirilib adları dəyişdirilmiş, Tbilisidə yerləşən Noraşen və Surb Nşan kilsələri də var.

Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları

2017-10-12 16:24:35

Ermənilər Gürcüstanda yaşayan milli azlıqlar içində say baxımından azərbaycanlılardan sonra ikincidirlər. 2014-cü ildə keçirilən siyahıyaalmaya əsasən, Gürcüstanda 168,1 min erməni (4,5%) yaşayır. Lakin gürcü soyadlarını alan ermənilər də nəzərə alınarsa faiz nisbəti ilə onlar çoxluq təşkil etmiş olacaq. Məlumdur ki, ermənilər Gürcüstanda hazırda məskunlaşdıqları ərazilərə çar Rusiyası dövründə köçürülmüşlər. Gürcüstanda ictimai təşkilatlar hələ sovet zamanında M.Qorbaçovun "yenidənqurma" dövründən etibarən fəal şəkildə formalaşmağa başlamışdır. Hazırda Gürcüstanda 20-dən çox erməni ictimai təşkilatının (bəzi mənbələrə görə isə 40) fəaliyyət göstərdiyi məlumdur. Sovet İttifaqının dağıldığı ilk vaxtlarda, xüsusilə, Samtsxe-Cavaxetiya erməniləri radikal mövqedən çıxış edərək, Ermənistana birləşməyi tələb edirdilər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...