Hər iki ölkəni birləşdirən ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır. Bütün bunlar isə Zati-aliləri Prezident İlham Heydər oğlu Əliyev və İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun tam diqqət və qayğısı sayəsində həyata keçməkdədir.