THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Ayaz Rzayev

Avstriyanın yeni koalisiya hökuməti Avropa İttifaqına nə vəd edir?

2017-12-26 14:19:55

Dekabrın 15-də mərkəz sağçı Avstriya Xalq Partiyası (ÖVP) və ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) iki aya yaxın davam edən danışıqları yekunlaşdıraraq koalisiya qurmaq barədə razılığa gəldilər. Xatırladaq ki, oktyabrın 15-də keçirilən parlament seçkilərində ÖVP səslərin 32%-ni toplayaraq parlamentdə 183 yerdən 62-i, FPÖ isə 26% səslə yerlərin 51-i qazana bilmişdir. Tərəflər arasında danışıqlar nəticəsində ÖVP sədri Sebastian Kurts federal kansler, FPÖ lideri Haynts-Kristian Ştraxe isə vitse-kansler vəzifəsinə yiyələnmişdir. Bundan əlavə, razılaşmaya əsasən xarici işlər, milli təhlükəsizlik və müdafiə məsələlərinə nəzarət də hökumət daxilində FPÖ üzvlərinə həvalə olunmuşdur. Bununla da Avstriya hazırda ifrat sağçıların hakimiyyətdə olduğu yeganə Avropa ölkəsi olmuşdur.

Kataloniya böhranının Avropa İttifaqına təsiri

2017-10-24 14:12:04

2017-ci ilin oktyabr ayının 19-da İspaniya hökuməti Kataloniyanın muxtariyyətini müvəqqəti olaraq ləğv edəcəyini və regionu birbaşa mərkəzi hökumətə tabe edəcəyini bəyan etdi. Oktyabr ayının 1-də Kataloniyada baş tutan müstəqillik haqqında icazəsiz referendumdan sonra Madridlə Kataloniya hökuməti arasında münasibətlərin dalana dirənməsi İspaniya hökumətini bu addımı atmağa məcbur etmişdir. Referendumdan sonra Kataloniya hökumətinin başçısı Karles Puçdemon müstəqilliklə bağlı bəyannamə imzalasa da, sənədin icraatını dərhal dondurmuşdur. Puçdemon belə bir addım atmaqla müstəqillik istəyən koalisiya ortaqlarını özünə qarşı qaldırmadan Madridlə dialoq qurmağa çalışsa da, bu qərarı ilə məqsədinə nail ola bilmədi. Madrid Puçdemondan Kataloniyanın müstəqilliyini elan edib-etməməsi ilə bağlı dəqiq cavab verməsini tələb etmişdir ki, cavabın müsbət olması halında Konstitusiyanın 155-ci maddəsini işə salaraq Kataloniyanın muxtariyyətini ləğv edə bilsin. Kataloniya hökumətinə mövqeyini aydınlaşdırmaq üçün verilən vaxt oktyabrın 11-də bitsə də, Puçdemon qəti cavab verməkdən imtina etmişdir.

Britaniyada keçiriləcək növbədənkənar seçkilər nə vəd edir?

2017-05-11 16:05:08

2017-ci il aprel ayının 18-də Britaniyanın Baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar parlament seçkilərinə gedəcəyi ilə bağlı qərarını açıqladı. Dəfələrlə növbədənkənar seçkilərin keçirilməyəcəyinə söz verən Tereza Mey bu qərarını Brekzitlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqlara müxalifətin ciddi maneələr yaratması ilə əsaslandırdı. Lakin Meyin erkən seçkilərlə bağlı qərarını müxalifətin Brekzit danışıqlarındakı destruktiv rolu ilə əlaqələndirməsi ciddi əsas sayıla bilməz, çünki hazırda müxalifət partiyaları Brekzitə mane olacaq gücə sahib deyillər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...