THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Əlimusa İbrahimov

Ukrayna dərsləri (2-ci hissə)

2017-07-05 13:56:45

Rusiya-Ukrayna münaqişəsi postsovet ölkələri, ilk növbədə, MDB üzvü olan dövlətlər üçün ciddi nəticələr doğurdu. Lakin Ukrayna böhranının MDB daxilində cərəyan edən proseslərə konkret praktik təsirini yalnız müəyyən müddətdən sonra qiymətləndirmək mümkündür. Hazırda isə yalnız bəzi MDB ölkələrinin Ukrayna hadisələrinə və Rusiyanın siyasətinə reaksiyası əsasında proqnozlar irəli sürə bilərik. MDB ölkələri xarici siyasətə əlaqələndirilmiş yanaşma nümayiş etdirmir, çünki Birlikdə ümumi xarici siyasəti həyata keçirən dövlətlərüstü qurum yoxdur. Buna görə də Ukrayna böhranına dair vahid rəy ifadə olunmamışdır. Əksər MDB üzvlərinin reaksiyasının neytral olduğu, yaxud birmənalı olmadığı qeyd edilməlidir.

Ukrayna dərsləri (1-ci hissə)

2017-07-04 14:59:28

Ukraynada böhran 2013-cü ildə Avropa İttifaqı ilə siyasi və iqtisadi sazişin bağlanması haqqında qərarın rəsmi Kiyev tərəfindən dayandırılması ilə vüsət aldı. Ukrayna hökuməti Avropa İttifaqı ilə sazişdən imtina qərarının ölkədə sənaye istehsalının azalması və MDB ilə münasibətlərin pisləşməsi səbəbindən verildiyini bəyan etdi. Ukraynanın Avropa İttifaqı ilə saziş bağlamasına qarşı çıxan Rusiya Ukraynadan idxalla bağlı qaydaları sərtləşdirdi. Bu, Ukraynaya qarşı ticarət müharibəsinin başlanması kimi qiymətləndirildi. 2013-cü ilin dekabrında V.Yanukoviç və V.Putin arasında imzalanan sazişə əsasən, Rusiya Ukraynadan 15 mlrd. ABŞ dolları məbləğində istiqraz almaq və Ukraynaya verilən Rusiya təbii qazının qiymətini aşağı salmaq öhdəliyi götürdü.

Miqrantlar problemi beynəlxalq münasibətlər müstəvisində

2017-06-23 17:54:04

Müasir dövrdə dünyada cərəyan edən miqrasiya prosesləri bütün bəşəriyyətin əsas problemlərindən biridir. Bu proseslərin mahiyyəti təhlükəsizliyə və rifaha can atan miqrant axınının güclənməsidir. Qlobal çağırış olan miqrasiya həmişə miqrantların üz tutduqları ölkələrin sabit inkişafına təhlükə törədir. Miqrasiya probleminin sosial mahiyyətinə əsasən demək olar ki, bütün məlum mənfi sosial təzahürlər daim miqrasiyanı müşayiət edir. Müxtəlif mənbələrə görə, ХХI əsrin əvvəlində dünyada təkcə əmək miqrantlarının sayı 36-42 mln., ailə üzvləri ilə birlikdə 80-97 mln., bəzi qiymətləndirmələrə görə isə hətta 120 mln. nəfər təşkil etmişdir. Miqrasiya mürəkkəb ictimai proses olub, cəmiyyətin və hər bir insanın həyatına mühüm təsir göstərir.

İdman diplomatiyası beynəlxalq münasibətlərin mühüm amili kimi

2017-04-27 16:25:40

Son onilliklərdə qlobal inkişafın mədəni paradiqması kontekstində dünya siyasətində humanitar meyarın təsdiqi prosesi müşahidə olunur. Müasir beynəlxalq münasibətlərdə humanitar problemlər xüsusi əhəmiyyət kəsb edir. Onların həlli beynəlxalq münasibətlərin vəziyyətindən, onlarda mövcud olan gərginlik səviyyəsindən, habelə bu prosesə yalnız dövlətlərin rəsmi nümayəndələrinin deyil, həm də ictimaiyyət nümayəndələrinin, o cümlədən idman ictimaiyyətinin cəlb edilməsindən asılıdır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...