Bu yaxınlarda Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasından keçən 20 illik bir dövrə qiymət verdilər. Müstəqillik illərində bizim ölkələrimiz təsirli və uğurlu nəticələrə, coşqun iqtisadi artıma və ictimai-siyasi sabitliyə nail oldular. Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı etibarın və bərabərliyin sinonimi olmuş çox mehriban münasibətlər yarandı. Dostluq və tərəfdaşlıq prinsiplərinə söykənən bu əlaqələrin bünövrəsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti – xalqın lideri Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Bu münasibətlər Azərbaycanın indiki Prezidenti İlham Əliyevin dövründə daha da möhkəmlənməkdə və inkişaf etməkdədir.