Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa, bu, regionun beynəlxalq dəhlizlərdəki ("Şimal-Cənub", "Mərkəzi dəhliz") mövqeyini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək.
Müəllif: Orxan Bağırov
Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni səviyyədə deyildir. Ermənistan regionda Çin ilə ən aşağı ticarət dövriyyəsinə malik olan ölkədir. 2017-ci ildə Çin Ermənistanın 2-ci ən böyük ticarət tərəfdaşı olsa da 2018-ci ildə 7-ci olmuşdur. 2017-ci il ilə müqayisədə 2018-ci ildə Çinə ixrac 7.8%, Çindən idxal isə 21.4% artmışdır. Son illərdə istər idxalda Çinin payı artan tempə malik olsa da ixracda payı 2015-ci ildən sonra 2 dəfəyə qədər azalmışdır.
Dünyada baş verən qeyri-stabil iqtisadi və siyasi proseslər fonunda ən çox cavaba ehtiyacı olan suallardan biri də dünyanın iki böyük iqtisadiyyatının gələcək iqtisadi münasibətləridir. Bu suala cavab verilməsi yalnız həmin dövlətlərin öz iqtisadiyyatlarının deyil, eyni zamanda dünya iqtisadiyyatının gələcək perspektivlərinin müəyyənləşdilirilməsi baxımından əhəmiyyətlidir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...