İraq Azərbaycanla diplomatik əlaqələr yaradan ilk dövlətlərdən biri olaraq Bakıda Baş Konsulluğunu hələ 17 avqust 1974-cü il tarixində keçmiş Sovetlər Birliyi dövründə açmışdır. Bu Konsulluğun əsas qayəsi quru yolla Məkkəyə həcc ziyarətinə səfər edən, həmçinin İraqda yerləşən müqəddəs yerlərə yollanan azərbaycanlı zəvvarların işinin asanlaşdırılması, həmçinin Bakıda əksəriyyəti Neft Akademiyasında təhsil alan iraqlılar və iraqlı hərbçilərə diqqət göstərmək idi. Bu əlaqələr indiyədək davam etmiş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə 1992-ci ildə diplomatik təmsilçiliyin səviyyəsi səfirlik səviyyəsinə qaldırılmışdır.