Hindistan və Azərbaycan qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlığa malikdir. Bakı ətrafında yerləşən "Atəşgah" od məbədi bu tarixi dostluq münasibətlərinə yaxşı bir misaldır. "Devanağrı" və "Gürmuxi" divar yazıları olan bu orta əsrlər abidəsi iki ölkə arasındakı qədim tarixi əlaqələrin, hind tacirlərinin Böyük İpək Yolu vasitəsilə Avropaya doğru gedərkən Azərbaycandan keçdikləri dövrün nişanəsidir. Yaxın keçmişdə Prezident Dr. S.Radhakrişan, Baş nazir Pandit Cəvahirləl Nehru və kino ulduzu Rac Kapur Bakıya səfər etmişlər. Rac Kapurun yaxın dostu, məşhur Azərbaycan müsiqiçisi Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda və hind musiqisini Azərbaycanda təbliğ etmişdir. 1950-ci illərin sonunda məşhur müğənni Elmira Rəhimova iki il Hindistanda hind musiqisini və rəqsini öyrənmişdir.